GƏNC YAŞINDA ŞƏHİD OLAN İMAM

:

… Beləliklə ən cavan imamın şəhadəti yetişdi. Həmin İmam ki, ləqəbi Cavad (ə) idi və əcdadı kimi onun kərəmi dərya, elmi də valığının bir qönçəsi idi. O qəriblikdə hidayətin ən cavan şamı, İmamətin doqquzuncu ulduzu idi.

Onun mzlumiyyəti haqqında elə bu yetər ki, qatili həyat yoldaşı Məmunun qızı Ümmü Fəzl idi. Aləmlər ona fəda olsun necə də qərib dünyadan köçdü.
Həzrət İmam Cavad (ə) 16 il imamət yükünü öhdəsinə götürdü. 8 yaşında imamət məqamına yetişdi ki, o dövrdə hamı bu işə təəccüb edir və deyirdilər: bu yaşda bir uşaq hamının imamı olması mümkündürmü?
Hal bu ki, Allah Təala Qurani Kərimdə belə buyurur: Biz Yəhyaya uşaq ikən peyğəmbərlik əta etdik. (Məryəm surəsi, 12-ci ayə).
Başqa bir ayədə isə Həzrət İsa (ə) haqqında belə buyurur: (Həzrət İsa anasının qucağında körpə olduğu  halda belə buyurdu) Həqiqətən mən Allahın bəndəsiyəm ki, mənə kitab verdi və məni peyğəəmbər qərar verdi.
Göründüyü kimi uşağa peyğəmbərlik verilməsi Allahın tədbirində heç də təəccüblü bir iş deyil və Allah istədiyini edir. Allah üçün meyar yaş deyil əksinə elm və təqvalı şəxslər Allah yanında uca məqama sahibdir.
İmam Cavad (ə) buyurub:
Sizlərdən birinin qızı üçün kim elçiliyə gələrsə və onun təqvasına, dindarlığına, əmanətdarlığına əmin olduğunuz halda onunla razılaşın (və qızınızı o şəxsə verin). Əks halda siz yer üzündə böyük bir fitnə-fəsada səbəb olarsınız. (Təhzibul Əhkam, c7, s396, hədis9)
Ey gözəlliklər imamı və yaradılışın ən gözəl xilqəti, ey yaradılışın ən əxlaqlı və ən ixlaslı məxluqu! Əlimizdən tut və bizim xeyrimizə olanı öz kərəminlə bizə ver.
Əziz dəyərli rizvan.net saytının izləyiciləri. Doqquzuncu İmamımız Həzrət Cavad əleyhissalam-ın şəhadəti münasibəti ilə öndə İmam Zamana (ə) və naibi Həzrət Ayətullah Xamenei cənablarına sonra isə hamınıza başsağlı verir uca Allahdan hamınıza bərəkətli ömür arzu edirik. Allah hamımızı İmam Cavad (ə) ilə məşhur eləsin.

Diqqət: İmam Cavad (ə) haqqında ətraflı məlumatları aşağıdakı linklərdən əldə edin!

İMAM CAVADIN (ə) HƏYATI - 1

İMAM CAVADIN (ə) HƏYATI - 2

İMAM CAVADIN (ə) HƏYATI - 3

İMAM CAVADIN (ə) HƏYATI - 4

 

 

Tags: İMAM CAVAD (ə), TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!