AYƏTULLAH HACI ŞEYX HƏSƏN HATƏMİ LƏNKƏRANİ

:

Ayətullah Hacı Şeyx Həsən Şəkur oğlu Hatəmi Lənkərani 1850-ci ildə Masallı rayonunun Təzə Alvadı kəndində dünyaya göz acmışdır. İlk dini təhsilini Masallı rayonunun Əhmədli kəndində Şeyx Rəhmətulah Axunddan almış, təhsilini davam etdirmək ücün Ərdəbil şəhərinə mühacirət etmişdir. Orada fars-ərəb dillərinə mükəmməl yiyələndikdən sonra İslam dünyasının elm mərkəzi sayılan Nəcəfi-Əşrəf şəhərində təhsilini davam etdirmişdir.

Ayətullah Hacı Şeyx Həsən Hatəmi Lənkərani Nəcəfi-Əşrəf elmi ocağının tanınmış alimlərindən olub.
Özünün elmi, pəhrizkarlığı, əxlaqı və təvazökarlığı ilə alimlər arasında seçilən Lənkərani, ali dini təhsilini Nəcəfi-Əşrəfdə başa vurmuşdur. O, bu dövrdə oranın tanınmış ustadlarından geniş istifadə edərək, yüksək dərəcədə İctihad məqamına yetişir. Çoxlu üsul və fiqh kitablarına şərh yazmışdır. Məşhur alimlər: Mirzə Hüseyn Xəlil, Seyid Məhəmməd Əli Şah Əbdül Əzim, Ayətullah Seyid Həsən Sədri, hədis və rəvayət nəql etmək icazəsini mərhum Şeyx Həsən Hatəmi Lənkəranidən almışlar.
Nəcəfdəki tələbələrindən Molla Qələm Axund, Axund Mirdaməd Ağa, Şeyx Əsədullah Axund, Şeyx Bəşir Axund, Şeyx Qüdrət Axund, Şeyx Həsən Axund, Axund Molla Yunis Qasımzadə Lənkərani və başqalarını göstərmək olar.
Müctəhid Şeyx Həsən Lənkəranı yaşadığı dövrdə “Mərcəyi təqlid” olmuş, bir necə əsərləri və risaləsi vardır.
Onun əsərlərindən dünyanın məşhur elm ocaqlarında dərslər kecirilib. İngiltərədə Kral Akademiyası
və həmin dövrdə Peterburq Universitetinin Şərqşünaslıq fakültəsində onun “Fiqh” və digər dini əsərlərindən dərslik kimi istifadə olunmuşdur.
Mərhumun oğlu Ayətullah Hacı Şeyx Müctəba Hatəmi Lənkərani Nəcəfi də zəmanəsinin seçilmiş İslami şəxsiyyətlərindən olmuş və onun da çoxlu əsərəri vardır. Ayətullah Hacı Şeyx Həsən Hatəmi Lənkəranı 1942-ci ildə Nəcəfi-Əşrəf şəhərində vəfat etmiş və orada torpağa tapşırılmışdır.


Məhəmməd Hadi Əmini, “Möcəmur-ricalil-fikri vəl-ədəb fi-Nəcəf” kitabı, I cild, səhifə, 109.

Tags: Tarix

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!