HÜQUQ VƏ HƏZRƏT İMAM SƏCCAD(Ə.S)

:

Hüquq barəsində müxtəlif cəza və qəza cəhətlərindən müxtəlif məktəblərdə hüquqi bəhslər olunmuşdur. Məşhur şəxslər insanlara aid fərdi və ictimai hüquqlar barəsində söz demiş və kitablar yazmışlar. Amma demək olar ki, fərdi, ictimai və əxlaqi hüquqlar barəsində İmam Zeynalabidinin (əleyhissalam) buyurduğu kimi ümumi şəkildə bəhs olunmamışdır.

 İmam Zeynəlabidin (əleyhissalam) dünya şiələrinin dördüncü rəhbəridir. O həzrət, 37 və ya 38-ci hicri-qəməri ilində, Mədinədə dünyaya gəlmiş, 94 və ya 95-ci hicri-qəməri ilində isə şəhadət feyzinə nail olmuşdur. "Bəqi" qəbristanlığında, alicənab əmisinin yanında dəfn olunmuşdur. Alicənab Şeyx Kuleyni, o həzrətin təvəllüdün 38-ci ildə, şəhadətini isə hicrətin 91-ci ilində olduğunu qeyd etmişdir. O həzrətin mübarək ömrünü, 57 il yazmışdır.1

Məşhur tarixçi Yə᾿qubi, onun şəhadətinin 99-cu ildə, yaşını isə 58 il qeyd etmişdir.2 Şeyx Müfid, o həzrətin təvəllüdünü 38, şəhadətini 95, ömrünü isə 57 il yazmışdır.
Həzrətin həyatı barəsində xüsusi bir kitaba ehtiyac vardır. Tarixçilər və həyat yolunu yazanlar, o həzrətin həyatının müxtəlif qismətləri barəsində kitablar yazmışlar. O, həzrət, İmamət, vilayət, ismət, sədaqət və paklıq məqamına malikdir. İmam Səccad (əleyhissalam) elə bir uca məqama malik idi ki, ibadət qismətində onu, "Zeynəlabidin" yə᾿ni, ibadət edənlərin zinəti, səcdə etməkdə «Seyyiddüs-sacidin», səcdə edənlərin ağası, ləqəbini özünə ixtisas vermişdir. Hissiyyat və ağlamaqda «Tacul-bukain" (ağlayanların tacı) ləqəbini almış, elm və Allahla münacat etməkdə ən böyük dərs ünvanı, dua və Allahla necə munacat etmək sahəsində, «Səhifeyi-Səccadiyyə» kitabını həmçinin, Allahdan necə hacət istəmək və nə istəmək yolunu insanlara müxtəlif kitablarında yadigar qoymuşdur.

Səbr, dözüm və əziyyətlər sahəsində, canlı Kərbəla hadisələrini anba-an öz gözləri ilə müşahidə etmiş və dözmüşdür. Zülmə və sitəm əleyhinə olan mübarizədə, Şamın (Dəməşq) məscidində özünü tanıtdırmaq haqqındakı odlu və alovlu çıxışı, öz əzəməti ilə tanınmışdır. Bəni-üməyyənin amansız zülmlərinə qarşı həmişə mübarizə aparmışdır.

Məqam, mə᾿nəviyyət və qəlblərə nüfuz cəhətdən elə bir kəs idi ki, Məkkədə təvaf edən cəmiyyətin toplusuna daxil olduğu zaman ixtiyarsız olaraq hamı ona yol açır, o da «Qara daşı» ləms etməyə başlayır. Cəmiyyətin çoxluğundan təvaf edə bilməyən, Hişam ibni Əbdül Məlik (zəmanəsinin xəlifəsi) cəmiyyətin çoxluğundan və ona yol verilməməsi üzündən bir kənarda oturub bu mənzərəyə tamaşa edir və İmam Zeynalabidin (əleyhissalam)-ın əhalinin qəlbində olan ehtiramına və nüfuzuna məətəl qalmışdı. O kimdir ki, belə bir əzəməti var? - Deyə soruşur. Fərəzdəq adlı məşhur şair, onun cavabında həzrəti vəsf edərək, İbni Hişama buyurur: “Tanımırsan, yoxsa özünü tanımamazlığa vurursan? O elə bir şəxsdir ki, Bətha ölkəsi onun möhkəm qədəmlərinin izini tanıyır.
Allahın evi, Beytül-həram və başqa yerlər onu yaxşı tanıyır...”

Bəli! Fərəzdəq bu uzun şe᾿rində onun əzəmət və məqamını şərh edir. Bu qısa bəhsdə bütün mətləbə işarə etməyə fürsət yoxdur. Hişam ibni Əbdül Məlik, qəzəb və paxıllıq üzündən Fərəzdəqin hüququnu kəsir. Bəli! O həzrət, vəhy olan evdə dünyaya gəlmişdir ki, Allah onun məqam və mərtəbəsini ucaltmağa icazə vermişdir. O, İmamın nəzarəti altında tərbiyə almış vəhy övladıdır. İnsanın bütün ruhi cəhətlərinə agah olan və insan tanıyandır.
Əlli (50) haqqa və hüquqa aid olan, fərdi, ictimai, mədəni və siyasi «Hüquq» kitabı yazmışdır. Bu kitab, çoxlu hədis və rəvayət kitablarında tə᾿rif olunmuş və haqqında danışılmışdır. Zaman keçdikcə alimlər tərəfindən şərhlər yazılmış və izah edilmişdir.

Kitabın adı: İSLAMDA HÜQUQ NƏZƏRİYYƏSİ

Müəllif: QUDRƏTULLAH MƏŞAYİXİ


 1. Üsuli-Kafi, 2-cild, səh-367.

  2.Tarixi Yə᾿qubi, 2-ci cild, səh-303.

Tags: ƏHLİ-BEYT (ə), İMAM SƏCCAD (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!