HƏZRƏT ƏLİ ƏSĞƏR (ə) - OKEAN DƏYƏRİNDƏ DAMLA

:

Sən Allahın mehribanlığından dünyaya gəldin. Bütün çaylar, okeanları qarşılamağa gəldiyi kimi axar sular səni qarşılamağa gəldi. Bütün yağış damlaları sənin ovuclarına düşməyi arzu edirlər. Sənin yaradılışın Həzrət Davudun (ə) qəmli nəğmələrinə qarışmışdı. Yer kiçik qədəmlərinin qədəmgahına çevrildi ki, yağışın pak damlaları bütün varlığı ilə səni öpsünlər.

Səmavi qoxunu bütün ağaclar üçün sovqat gətirsin deyə quşlar sənin həmişəlik aşiq zəvvarın oldu. Sən gəldin ki, İraqın qızmar havasına daha da susuzluq gətirəsən. Sən gəldin və gəlişinlə bağlar nəfəsinin ətrilə təravətləndi. Vəfadarlıq və eşq sənin kiçik vücudunda canlandı. Sən gəldin və öz kiçik cisminlə bütün susuz oxları sirab edəsən. Sətir-sətir ədalətsizliyi öz qanınla tarixin həmişə açıq olan dəftərinə yazasan. Sən yaradıldın ki, zülal kimi qanından kəhkəşan, ulduzlar işıqlansın. Səma sənin qanının ətrilə vəd olunmuş günə qədər möhkəm qalsın və sənin ona atılmış qanından utanıb yerə tökülməsin. Kiçik əllərin asimanın sütunu, ağlamaq səsin isə övladsız beşiklərin laylası oldu. Sən Allahın möcüzələrindən birisən. Sən yaradıldın ki, qısa bir zaman ərzində doğru yolu başqalarına öyrədəsən. Sən balaca müəllimsən ki, böyük eşqi bizə öyrətdin.

Həzrət Əli Əsğər (ə) hicri təqvimi ilə 60-cı il Mübarək Rəcəb ayının 10-cu günü imam ailəsində dünyaya gəldi. Onun şərəfli adı Abdullah olsa da, o Əli Əsğər (kiçik Əli) adı ilə məşhur olub. (Səhabi-rəhmət, s 535, Təqvimul əimmə(ə), s 78). Atası Əhli-Beyt (ə) yolunun davamçılarının üçüncü imamı, eşq sultanı Həzrət İmam Hüseyndir (ə). Anası isə Əmrulqeys qızı Rübab xanımdır. Əli Əsğər (ə) dünyaya gəlişilə dünyanı nura boyasa da Kərbəlada şəhadətə yetişən ən az yaşlı şəhid olması ilə biz şiələrin ürəyində dərin bir iz qoymuşdur. O, İmam Hüseyn (ə) məzlumiyyətinin bariz nümunəsidir. Onun məzlumiyyəti tarixdə yaddan çıxmayan hadisələrdən sayılır. O, kiçik yaşda şəhadət şərbətini içsə də bizlərə nümunə olan böyük müəllim və alimdir.
Bu gün Kərbəla aşiqləri üçün əlamətdar gün - cənab Əli Əsğərin (ə) doğum günüdür. Bu münasibətlə bütün Əhli-Beyt (ə) sevərləri təbrik edirik. Dua edirik, Əli Əsğərin (ə) çox qısa və olduqca mənalı həyatından "vilayət" və "din" uğrunda fədakarlıq dərsini almaq nəsibimiz olsun!

Hazırladı: Türkay Məmmədli və Pərvanə Cəfərova
Rizvan.net - İslam Maarifi Jurnalı üçün

Mətni səsləndirdi: ƏFSANƏ TAĞIYEVA
You must have the Adobe Flash Player installed to view this player.

Tags: Tarix

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!