VƏHHABİLƏRİN ƏLİ İLƏ İSLAMİ ƏSƏRLƏRİN DAĞIDILMASI-2

:

BİRİNCİ HİSSƏNİ BURADAN OXUYUN

Bu deyilənlər birinci dəstəyə aid olan məhv edilmiş tarixi abidələr idi. Amma tamamilə məhv edilən və heç bir əsər-əlaməti qalmayan tarixi abidələr aşağıdakılardır:

1. Peyğəmbərin əziz atası Əbdüllah ibni Əbdül Müttəlibin qəbri (Mədineyi-Münəvvərədə).Vəhhabilər o qəbri məhv edib sonra oradan piyada və maşın yolları salmışlar.Bu əməllə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in atasına qarşı böyük bir hörmətsizlik və əhanət (təhqir) rəva görmüşlər. Görəsən, bu qəbri olduğu kimi saxlasaydılar, onlara nə ziyanı olacaqdı?
Şübhəsiz, bu işlərin hamısı Məhəmməd ibni Əbdül-Vəhhab ilə ingilis casusu Hemferin razılaşmaları əsasında baş vermişdir.
Onlar qərara almışdılar ki, Peyğəmbərin heysiyyətinə və etibarına ləkə yaxmaq üçün heç nəyi əsirgəməsinlər. Vəhhabilər bununla da kifayətlənməyib həyasızcasına Peyğəmbərin əziz atasını küfr və yoldan azmaqla müttəhim edirlər. Amma Əhli-Beyt (əleyhimussalam)-dan gəlib çatan hədislərdə Əbdül Müttəlibin, Əbu Talibin və Əbdüllahın imanlı olması təkid olunmuşdur.
Yəhudilər müsəlmanların qorxusundan Xeybər qapısını böyük böyük qala qapısı etmişdilər. Bu qapı çox böyük və ağır bir daş parçasından ibarət idi ki, açıb-bağlamağa qırx dörd nəfər lazım olurdu. Amma İslam qoşununun qəhrəman sərkərdəsi həzrət Əli (əleyhissalam) Xeybər müharibəsində o qapını təklikdə yerindən çıxardıb qırağa atdı. Hətta mötəzilə (sünnü firqələrindən biridir) alimi İbni Əbil Hədid, Əli (əleyhissalam)-ın bu fəzilətinə işarə edərək deyir:
“Ey qırx dörd nəfərin hərəkət etdirməkdən aciz qaldığı qapını yerindən çıxaran!”
Bu qapı Xeybər qalasında yaşayan yəhudilərin həyatı üçün şah damar hesab edilirdi. İmam Əli (əleyhissalam)-ın qala qapısını çıxardıb ora hücum etdiyi və yəhudilərin sərkərdəsi olan Mərhəbi öldürdüyü vaxt yəhudilərin ən böyük ümidləri qırıldı.
Maraqlıdır ki, İordaniya tərəfindən Hicaza tərəf gələn hacılar Xeybər məntəqəsindən keçəndə bir küncə tullanmış o böyük qapını görür və Əli (əleyhissalam)-ın o qapını çıxartmaqda və yəhudiləri məğlub etməkdə göstərdiyi qəhrəmanlıqlardan, rəşadətlərdən heyrətlənirdilər. Ali-Səud sülaləsi hakimiyyətə gələndən sonra bir neçə səbəbə görə o daşı öz gözlərində bir tikan kimi görürdülər. Bu səbəblər aşağıdakılardır:
a) O qapının müşahidə olunması Əli (əleyhissalam)-ın əzəmətini xatirələrdə canlandırırdı. Ali Səud isə o həzrətə qarşı kin və düşmənçilik bəsləyirdi. Elə buna görə də bu qapının mövcud olmasına dözə bilməzdilər.
v) İngilis casusu Hemfer Məhəmməd ibni Əbdül Vəhhab ilə İslamı zəiflətmək və məhv etmək üçün sövdələşmişdi. Bu qapı isə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in rəhbərliyi ilə müsəlmanların böyük qələbələrindən aşkar bir nümunə idi. Buna əsasən, bu məsələnin yanından sakit sovuşa bilməzdilər.
Saydığımız bu və bəzi başqa dəlillərə görə vəhhabilər bu böyük tarixi əsəri gizlətmiş, ondan heç bir əsər-əlamət saxlamamışlar. Bu barədə İordaniya-Mədinə magistralında sürücü işləyən bir nəfər mənə dedi ki, qəsbkar Ali Səud dövləti kran vasitəsi ilə bu daş qapını götürüb naməlum bir yerə aparmışdır.
Beləliklə, aydın olur ki, vəhhabilərin cinayətləri həddindən artıq çoxdur İslama və müsəlmanlara qarşı törətdikləri cinayətlərin isə sayı-hesabı yoxdur. Gizli törətdikləri cinayətlər aşkarda törətdiklərindən daha çoxdur.
İnşallah gələcəkdə istismarçıların əlaltısı olan bu dövlətin devrilməsi və möminlərin hakimiyyətə gəlməsi ilə məxfi qalmış cinayətlərin üstü açılacaqdır.
3. Qədir-Xum (Xum diyarı) İslam tarixində böyük bir hadisədən xəbər verir. Peyğəmbəri Əkrəm “Həccətül-vida”-dan qayıdan zaman Məkə ilə Mədinə arasında yerləşən bu məntəqədə düşərgə salmış, Əli (əleyhissalam)-ın əlini yuxarı qaldıraraq, onu özündən sonra canişinliyə təyin etmişdir. Sonra bu cümləni üç dəfə təkrar etmişdir:
“Mən hər kəsin mövlasıyamsa, bu Əli də onun mövlasıdır. İlahi, onu dost tutan (sevən) hər kəsi dost tut, onunla düşmənçilik edən hər kəsi Sən də düşmən tut; ona kömək edən hər kəsə kömək et və onu xar edən hər kəsi xar et!”
Sonra Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) müsəlmanlara əmr etdi ki, Əli (əleyhissalam) ilə beyət etsinlər və ona salam göndərsinlər.
Uzun illər boyu bu diyar müsəlmanlar üçün məşhur və tanınmış bir yer idi; oradan keçən hər bir insan bu böyük İslami hadisə haqqında xoş xatirələri yada salırdı.
Amma vəhhabilər hakimiyyətə gələndən sonra oradan keçən yolu dəyişdirdilər və o diyarın bütün İslami abidələrini məhv etdilər ki, heç kəs bu hadisənin baş vermə yerindən xəbərdar olmasın

Kitabın adı: VƏHHABİLƏRİ BELƏ GÖRDÜM
Müəllif: ƏBDULLAH MƏHƏMMƏD

Tags: TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!