"RƏCƏBÜL-MÜRƏCCƏB" ALLAHIN ƏZƏMƏTLİ AYI

:

Rəcəb sözü böyük və əzəmətli mənasındadır. Bu ay möhtərəm və əzəmətli ay olduğu üçün Rəcəbül Mürəccəb də adlanır. Tarixi mənbələrdən əldə olunan məlumata əsasən bu ay İslamdan öncə də möhtərəm, əzəmətli və böyük sayılırdı və bu ayda müharibə etmək haram sayılırdı.

Rəcəb və ya Rəcəbül-Mürəccəb hicri qəməri təqviminin yeddinci ayıdır. Dörd haram aydan biri də Rəcəbdir. Bu ayın adlarından biri də Rəcəbül-Fərd yəni tək qalan Rəcəbdir. Çünki bu digər üç haram aydan ayrı düşdüyü üçün belə adlanır. Digər üç haram aylar Zil-Qədə, Zil-Hiccə və Məhərrəm ayı bir-birinin ardınca gəlir lakin Rəcəb isə onlardan ayrıdır deyə Rəcəbül-Fərd (tək qalan rəcəb) adlanır. Hədislərdə bu ayda Ümrə ziyarəti və oruc tutmağa həmçinin çoxlu ibadət etməyə olduqca təkid olunur. Həzrət Muhəmməd Peyğəmbərdən (s) nəql olunan məşhur rəvayətdə bildirilir ki, Rəcəb Allahın, Şaban mənim və Ramazan isə ümmətin ayıdır. Həmçinin hədislərdə bildirilir ki, Rəcəb ayında tutulan bir gün oruc digər aylarda tutulan bir ay oruca bərabərdir. Rəcəb ayının birinci cümə axşamı günü “ləylətul-rəğaib” adlanır ki, bu gecədə çoxlu ibadət etmək təkid olunur. “Ləylətul-rəğaib” gecəsinin əməllərini buradan oxuya bilərsiniz.
Bu fəzilətli ayda etikaf saxlamaq da təkid olunur ki, Rəcəb ayının 13-dən 15-ə qədər məsciddə etikaf saxlamaq müstəhəbdir. Etikaf haqqında ətraflı məlumatı buradan oxuya bilərsiniz.
Həmçinin bu ayda baş vermiş ən mühüm ay İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi gündür ki, buna besət və yaxud məbəs bayramı deyilir. Məbəs bayramı haqqında ətraflı buradan oxuya biləriniz.
İmam Baqirin (s), İmam Cavadın (ə) və İmam Əlinin (ə) də mübarək təvəllüd günləri məhz bu ayda baş vermişdir.
Məsumların (ə) məxsusən də ayın əvvəlində və ortasında İmam Hüseynin (ə) ziyarəti bu ayda çox təkid olunan əməllərdəndir.
Fürsətdən istifadə edərək bu əzəmətli ayın gəlişi və bu ayda olan bayramlar münasibətilə öncə həzrət İmam Zaman (əc) ağanı və haqq canişini həzrət Ayətullah Xamenei ağanı sonra siz dəyərli oxucularımızı səmimi qəlbdən təbrik edir hər birinizə mənəvi ömür arzu edirik. Lütfən bizləri də xoş dualarınızda unutmayın. Allah ibadət və itaətlərinizi qəbul eləsin. Amin!

Hazırladı: Nairə Səmədli
Rizvan.net İslam Maarifi Jurnalı

 

 

Tags: TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!