FİTR BAYRAMI GECƏSİ VƏ GÜNÜNÜN ƏMƏLLƏRİ

:

Allahın adı ilə
Fitr bayramının axşamı şərafətli gecələrdən biridir və onun dəyəri haqqında çoxlu hədislər vardır və hətta qədr gecəsindən heç də dala qalmır. O gecənin dəyəri haqda ətraflı oxumaq istəsəniz buradan oxuyun.
Lakin bu gecənin əməlləri haqda Şeyx Abbas Quminin (rə) Məfatihul Cinan kitabında qeyd olunanları siz dəyərli oxucularımıza çatdırırıq
1. Qüsl almaq: Elə ki, günəş qürub etdi ondan sonra qüsl almaq bu gecənin əməllərinin biri və birincisidir
2. Əhya saxlamaq: Namaz qılıb, dua və istiğfar etmək üçün oyaq qalmaq müstəhəbdir.
3. Məğrib və İşa namazından sonra bu duanı oxumaq: “Əllahu əkbər, Əllahu əkbər lə iləhə illəllahu vəllahu əkbər, Əllahu əkbər vəlilləhil həmd, əlhəmdu lilləhi əla ma hədana vələhuş-şukru əla ma əvliyana
4. Məğrib namazı və onun nafiləsini qıldıqdan sonra əlləri göyə qaldırıb bu duanı oxumaq: Ya zəl mənni vət-təvl, ya zəl cudi, ya mustəfiyə Muhəmmədin və nasirəhu, Salli əla Muhəmmədin və ali Muhəmməd, vəğfir li kullə zənbin əhsaytəhu və Huvə indəkə fi kitabin mubin – bundan sonra səcdəyə gedərək yüz dəfə səcdədə de: Ətubu iləllah. Bundan sonra nə hacətin varsa Allahdan dilə inşallah qəbul olacaq.
5. İmam Hüseynin (ə) ziyarəti: Uzaqdan da olsa İmam Hüseynin (ə) ziyarətnaməsini savab ümidilə oxumaq müstəhəbdir.
6. On rükət namaz qılmaq (beş dənə sübh namazı kimi): hər rükətdə Həmd surəsindən sonra on dəfə Qul Huvəllah surəsini oxumaq, rüku və səcdələrdə isə on dəfə de: Subhənəllahi vəlhəmdu lilləhi vəla ilahə illəllahu vəllahu Əkbər.
Bu və digər əməllər vardır ki, maraqlanmaq istəyənlər məfatihul cinan kitabnıda bayram gecəsinin əməllərinə müraciət edə bilər.
Bundan əlavə bayram gününün mühüm əməli səhər çağı bayram namazına getməkdir ki, bunun üçün də hədislərdə çoxlu savablar qeyd olunmuşdur. Bayram namazının savabı haqqında buradana oxuya bilərsiniz.
Əziz oxucularımız! Fürsətdən istifadə edərək bayram günü münasibətilə hamılıqla İmam Zamanı (əc) və əziz rəhbərimiz Ayətullah Xameneini təbrik edir və həmçinin siz dəyərli izləyicilərimizi də təbrik edərək hər birinizə bərəkət dolu ömür arzulayırıq. Allah ibadət və itaətlərinizi qəbul eləsin. Dualarınızda Rizvan.net saytının və “Əl-Məhdi (əc)” İslam Maarif Mərkəzinin əməkdaşlarını unutmamağınızı rica edirik. Bayramınız bir daha mübarək!

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!