YEDDİNCİ İMAM HƏZRƏT MUSEYİ KAZİM(Ə)İN ŞƏHADƏTİ

:

Bildiyiniz kimi Rəcəb ayının iyirmi beşi şiələrin yeddinci imamı həzrət İmam Museyi Kazimin (ə) şəhadət günüdür. O məsum imam, zəmanəsinin zalım şahı Harun Ər-Rəşid tərəfindən günahsız olaraq həbs edilərək ömrünün bir çox illərini zindanda keçirmişdir.

Bu haqda geniş məlumat əldə etmək üçün aşağıdakı məqalələrə müraciət edə bilərsiniz. Biz isə İmam Kazimin (ə) şəhadəti günü münasibəti ilə siz əziz izləyicilərimizə o Həzrətdən nəql olunan iki qiymətli nəsihəti təqdim edirik.

İmam Kazimdən (ə) iki qiymətli nəsihət:

یا هشام! إنّ المسیح‏ (علیه السلام) قال للحواریین: إنّ صغار الذنوب و محقراتها من مکائد ابلیس، یحقّرها لکم و یصغّرها فی أعینکم فتجتمع و تکثر فتحیط بکم.1

Ey Hişam! Həzrət İsa (ə) Həvariyunlara belə buyurdu: Günahların kiçik sayılması, iblisin məkrlərindən biridir. Bu günahlar, insanın nəzərinə kiçik gələrək nəticədə insanın o kiçik günahlara aludə olmasına səbəb olur. Beləliklə getdikcə (bu günahlar) çoxalaraq insanı əhatə edir və sonda (həmin günahkar) günah girdabında və bataqlığında batmış günahkarların bəlasına düçar olur. Qeybət kimi bəzi böyük günahlar da təkrarlandıqca insanın gözündə həmin günahlar kiçilir. Buna görə də insanın günahı təkrar etməməsinə diqqət yetirməsi olduqca lazımdır. 

Bəzən insan iki yol ayrılığında qalır, yəni iki iş qabağına çıxir ki, bilmir onlardan hansı biri düzgün və savab yoludur. Yaxud daha düzgün və daha yaxşı yol hansı yol olduğunu bilməz ki, o yolu seçsin. Bu vəziyyətdə İmam Kazim (ə) bizim ixtiyarımızda qiymətli bir meyar qoyaraq buyurur: (belə hallarda) insan nəfsinin və şəhvani meyllərinin ziddinə olan yolu seçməli və o yolu getməlidir. Çünki əksər hallarda əməlin düzgünlüyü insanın şəhvani meylləri ilə uzlaşmır.2

Hörmətli izləyicilərimiz! İmam Kazimin (ə) şəhadətinin ildönümü münasibətilə öndə əza sahibi mövla İmam Zamana (əc) və haqq naibi həzrət Ayətullah Xamenei cənablarına, sonra siz dəyərli izləyicilərimizə başsağlığı verir uca Allahdan hər birinizə həzrətin səbrindən dadmağı diləyirik.

İMAM KAZİM(ə)İN HƏYATI HAQQINDA ƏTRAFLI MƏLUMATI AŞAĞIDAKI LİNKLƏRDƏN ƏLDƏ EDİN!

İMAM MUSA İBNİ CƏFƏR(ə)İN HƏYATI - 1

İMAM MUSA İBNİ CƏFƏR(ə)İN HƏYATI - 2


1. Töhəful Üqul, s. 392
2. Həmin mənbə, s. 398

Tags: İmam Kazim (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!