PEYĞƏMBƏR(s)İN MÖVLUDU VƏ VƏHDƏT HƏFTƏSİ MÜBARƏK OLSUN!

:

Vəhdət həftəsi Rəbiul Əvvəl ayının 12-dən 17-nə qədər olan günlərə təsadüf edir. Sünni mənbələrində Rəbiul Əvvəlin 12-də, şiə mənbələrində isə bu ayın 17-də aləmlərə rəhmət olan həzrət Muhəmməd (s) peyğəmbərin anadan olduğu gün kimi qeyd olunur. 

VƏHDƏT HƏFTƏSİNİN TARİXÇƏSİ?

1979-cu ildə İranda yaşayan tayfa və qəbilələrin vəhdətilə İslam inqilabı qələbə qazanaraq bütün xalqın (məzhəb və milliyyətindən asılı olmayaraq) vəhdətinə zəmin yaratdı. Qövmü və milli təəssübkeşlikdən uzaqlaşan xalq İslam bayrağı altında bir araya gəldilər.
İmam Xumeyni (rə) düşmənlərin parçala hökm sür siyasətinin müqabilində tədbirli iş görərək buyurdu: “Milliyyətçilik və sünni şiə arasında ixtilaf salmaqdan daha acı və təhlükəli heç nə yoxdur və bu düşmən dəyirmanına su tökərək İslam qardaşlığı arasında fitnədən başqa bir şey deyil. Allaha həmd olsun ki, İslam İnqilabında bu iki tayfa arasında heç bir ixtilaf yoxdur. Hamı dost və qardaş kimi bir-birinin yanında yaşayır. İranda saysız hesabsız sünni cəmiyyəti yaşayır ki, bizimlə qardaşdır və onlarla birlikdə sinonist və Amerikanın yaratdığı nifaq pərdələrini yırtan nəğmələr oxuyuraq onlarla müxalifət edirlər. Əhli sünnə qardaşlar İslam ölkəsində bilməlidir ki, şeytani qüvvələrə bağlı olanlar müsəlmanların və İslamın xeyrini istəmir. Buna görə də müsəlmanların onlara nifrəti vacibdir və onların nifaq təbliğatlarına qulaq asmamalıdır. Mən bütün dünya müsəlmanlarına öz qardaşlıq əlimi uzadıram”.
Buna görə də Peyğəmbərin (s) mövlud günü şiə hədislərinə əsasən Rəbiul Əvvəl ayının 17-də və sünnü qardaşların hədislərində isə Rəbiul Əvvəl ayının 12-də olduğu üçün iki milad bayramı keçirmək yaxşı olmadığından 1981ci il noyabr ayının 27-dən etibarən rəhbərlik tərəfindən hər il hicri qəməri tarixi ilə Rəbiul əvvəl ayının 12dən 17ə qədər olan həftəni vəhdət həftəsi elan edərək İranda və dünada olan İslam ölkələrində bayram təşkil edərək İslamın möhkəmlənməsi üçün əlverişli şərait yaradırlar (setareh portalına istinadən). 

HƏZRƏT PEYĞƏMBƏRİN (s) MÖVLUDU

Son ilahi peyğəmbər Rəbiul Əvvəlin 17-də atası Abdullah anası isə Aminə olan həzrət Muhəmməd (s) peyğəmbər dünyaya göz açaraq zülmətə bürünmüş dünyanı məxsusən Ərəbistanı öz nuruna qərq etdi. Təvəllüdündən öncə atası Abdullah dünyadan köçdü. Dünyaya göz açdıqdan bir neçə il sonra isə anası həzrət Aminə xanım Yəsribdə xəstələnərək dünyasını dəyişir. Bundan sonra əziz peyğəmbərimiz babası Əbdül Müttəlibin yanında yaşadı. Həzrət Peyğəmbərimizin (s) uşaqlıdan iki adı var idi biri Muhəmməd (s), bu adı babası ona qoymuşdur digər adı isə Əhməd idi ki, bu adı əziz anası həzrət Aminə xanım ona seçmişdir. İmam Sadiq (ə) buyurub ki, Allah rəhmətindən qovulan İblis, yeddinci asimana qədər gedib gələr və asimani xəbərlərə qulaq asa bilərdi. Həzrət İsa (ə) dünyaya göz açdıqdan sonra İblis üç yuxarı asimandan məhrum oldu və yalnız dörd asimana qədər gedib gələ bilirdi. Amma elə ki, həzrət Muhəmməd (s) dünyaya göz açdı, İblis bütün asimanlardan qovuldu və asimanda ondan başqa olan şeytanlar da göy cismləri ilə yanar daşlar vasitəsilə asimandan qovuldu. Həmçinin tarix yazır ki, həzrət Peyğəmbər (s) dünyaya gələndə Kəsra eyvanı dağıldı və onun bir neçə sütunu yerə çökdü və fars atəşgahı söndü. Savə gölü qurudu və Məkkə bütləri yıxılaraq parça parça oldu. O həzrətin vücudundan bir nur səmaya ucalaraq fərsəngləri aydınlatdı. İranın Sasani padşahı Ənuşirəvan və böyük kahinlər qorxulu yuxular gördü.
Deməliyik ki, tarixçilər Peyğəmbərin (s) dünyaya gəldiyi ili yekdil nəzərlə qeyd edərək miladi tarixi ilə 570ci ildə qeyd etmişlər. Lakin Rəbiul Əvvəl ayının hansı günündə dünyaya gəlməsində ixtilaflı nəzərlər irəli sürmüşlər məhz ona görə də əhli sünnə mənbələrində Rəbiul Əvvəlin 12də şiə mənbələrində isə bu ayın 17də qeyd olunmuşdur. 

HƏZRƏT İMAM SADİQİN (Ə) MÜBARƏK TƏVƏLLÜDÜ

Həzrət İmam Sadiq (ə) hicrətin 83cü ili cümə günündə sübh çağı dünyaya göz açmışdır. Bir rəvayətə əsasən bazar ertəsi günü dünyaya göz açaraq insaniyyət dünyasını öz pak nuru ilə nura qərq elədi. Əziz atası həzrət İmam Baqir (ə) əmisi Cəfəri Təyyarın adından götürərək Cəfər adlandırdı. Həzrət Cəfər ibn Muhəmməd (ə) imamın tanınmış künyəsi Abdullah isə tanınmış adı idi. Amma çox tanınmayan iki künyəsi isə “Əbu İsmail” və “Əbu Musa” idi. Həmçinin çoxlu ləqəbləri də vardır ki, onlardan Sadiq, Sabir, Tahir və Fazil kimi ləqəblərə işarə etmək olar.
Şiələri və Əhli Beyt (ə) sevərləri adətən altıncı imamı “Ali Muhəmmədin Sadiqi” kimi tanıyırlar. Çünki o həzrət heç vaxt dəqiq və düzgün sözdən başqa bir şey deməzdi.
O həzrətin əziz anası “Ümmi Fərvə” adı ilə tanınan Fatimə adlı zəmanəsinin pak bir qadını idi. Bu təqvalı xanım fəzilət baxımından bütün qadınlardan öndə gedərdi. İmam Sadiq (ə) onun haqqında buyurub: “Anam imanlı qadınlardan idi, təqvalı idi və yaxşılıq edərdi. Allah da yaxşılıq edənləri sevir”.
O həzrət elmi hövzə təşkil edərək elmdə yüksək səviyyəli şagirdlər yetişdirib. Onlardan Hişam, Zürarə, Muhəmməd ibn Müslim kimi İslam və şiə dünyasında adlı sanlı alimləri nümunə göstərmək olar. O həzrət öz elmi ilə əsil İslamı bütün dünyaya tanıtdırdı. Müasir dövrümüzdə də o həzrətin elmindən bütün dünya alimləri bəhrələnməkdədir.
Həzrət İmam Sadiq (ə) Mənsur Dəvaniqinin təşkili ilə zəhərləndirilərək şəhid edildi. O həzrətin şəhadət tarixi şəvvalın 25i, hicri qəməri ilə 148ci ildə baş verdi.
Rəbilul Əvvəl ayının 17si həzrət Peyğəmbərimizin (s) və İmam Cəfəri Sadiqin (ə) təvəllüdü münasibətilə fürstədən istifadə edib siz əziz oxuyucularımızı bu mübarək gün münasibətilə təbrik edirik. Arzumuz budur Allahın Peyğəmbərini (s) öz həyatımızda ülgü götürərək səadət dolu günlər nəsibimiz olsun. İmam Zaman (əf) ağamızın zuhuru üçün şərait yaranmasında əsaslı rolumuzun olmasını uca Allahdan diləyirik.

Bayramınız mübarək!

Tags: Əhli-Beyt (ə), Peyğəmbər (s) , İmam Sadiq (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!