İYİRMİ SƏKKİZ SƏFƏR İSLAM TARİXİNDƏ MÜSİBƏTLƏRİN BAŞLANDIĞI GÜNDÜR

:

Allahın adı ilə

Səfər ayının 28-i İslam tarixinin ən ağrılı günlərindən biridr. Başqa ifadə ilə desək İslam tarixində bütün müsibətlərin başladığı gün hicrətin 11-ci ili səfər ayının iyirmi səkkizinci günüdür. Bu həmin o gündür ki, bəşəriyyəti cahillik batlaqından xilas etmək aləmlərə rəhmət olaraq göndərilən həzrət Muhəmməd (s) peyğəmbərin vəfatı günüdür. Bu həmin gün idi möminlərin qəlbləri dağlandı, kafir və münafiqlərin fərəh günü oldu.
Səfər ayının iyirmi səkkizi təkcə bu müsibətlə bitmir. Həzrət Peyğəmbərimizin (s) vəfatından illər sonra daha dəqiq desək hicrətin əllinci ili babasının məzlumcasına vəfatından 39 il sonra həzrət İmam Həsəni (ə) elə bu ümmətin insanları zəhərləyərək şəhid etdilər.
Həzrət Peyğəmbər (s) və onun əziz girami ailəsi Haqqın csmal və cəlal sifətlərinin sözün əsil mənasında güzgüsü idi. Onlar bəşəriyyəti ən ali dərəcədə ilahi dəyərlərə doğru hidayət edənlər və getdikləri yol bütün insanlara ülgü və örnəkdir. Məhz əbəs yerə deyildir ki, Aşura ziyarətində belə oxuyuruq:

اَللّهُمَّ اجْعَلْ مَحْياىَ مَحْيا مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَمَماتى مَماتَ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ

Allahım mənim yaşayışımı Muhəmməd (s) və onun ailəsinin yaşayışı (kimi), ölümümü də Muhəmməd (s) və onun ailəsinin ölümü kimi qərar ver.
Bu günlər həzrət Peyğəmbərin (s) vəfatı və əziz nəvəsinin şəhadət günləridir. Ümumiyyətlə Muhərrəm və Səfər ayları Əhli-Beytin (ə) hüzn dolu günləridir. Amma İslam inqilabının rəhbəri həzrət Ayətullah İmam Xumeyninin (Allah na rəhmət eləsin) dili ilə desək əslində elə bu Muhərrəm və Səfər aylarıdır ki, İslamı günümüzə qədər qoruyub saxlamışdır.
Əziz dostlar! Əhli-Beytin (ə) qəmli günlərində onların dərdinə şərik olaraq hamınız adından həzrət İmam Zaman (əc) ağamıza və rəhbərimiz həzrət Ayətullah Xameneiyə dərin hüznlə başsağlığı verir uca Allahdan bu aylarda saxladığınız əzaların qəbul olmasını diləyirik. Allah bizi Əhli-Beytdən dünya və axirətdə ayrı salmasın. Amin!
Rizvan.net – İslam Maarifi Jurnalı

HƏMÇİNİN OXUYUN

MUHƏMMƏD PEYĞƏMBƏRİN HƏYATI - I HİSSƏ

MUHƏMMƏD PEYĞƏMBƏRİN HƏYATI - II HİSSƏ

MUHƏMMƏD PEYĞƏMBƏRİN HƏYATI - III HİSSƏ

MUHƏMMƏD PEYĞƏMBƏRİN HƏYATI - IV HİSSƏ

PEYĞƏMBƏR SAVADSIZ İDİMİ?

O PEYĞƏMBƏRİN İLK NƏVƏSİ İDİ - I HİSSƏ

O PEYĞƏMBƏRİN İLK NƏVƏSİ İDİ - II HİSSƏ

İMAM HƏSƏNİN HƏYATI - I HİSSƏ

İMAM HƏSƏNİN HƏYATI - II HİSSƏ

İMAM HƏSƏNİN HƏYATI - III HİSSƏ

İMAM HƏSƏNİN HƏYATI - IV HİSSƏ

Mətni səsləndirdi: TURANƏ ALLAHVERDİYEVA
You must have the Adobe Flash Player installed to view this player.

Tags: Əhli-Beyt (ə), Peyğəmbər (s) , İmam Həsən (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!