BU HƏMİN GÜN İDİ Kİ, DÜŞMƏNİ DƏ ÖZ MÜSİBƏTİNƏ AĞLATDI

:

O YERDƏ Kİ, DÜŞMƏN AĞLADI

İmam Hüseyn (ə) aldığı çoxsaylı yaralar nəticəsində atından yerə yıxılsa da, ayağa qalxdı. Bacısı Zeynəb (ə) xeymədən çölə çıxaraq qəlbləri odlayan nalə ilə dedi:
لَيْتَ السَّماءُ إِنْطَبَقَتْ عَلَى الاْرْضِ
"Kaş ki, asiman yerə töküləydi!"

Ömər ibn Sədin İmamın (ə) yaxınlığında dayandığını gördüdükdə buyurdu:
أَيُقْتَلُ اَبُوعَبْدِاللهِ وَ أَنْتَ تَنْظُرُ إِلَيْهِ؟
"Ey Ömər Səd! Əba Əbdillahı şəhid edirlər, sən də baxırsan?"
Gördülər ki, Ömər Sədin gözlərindən yaş axmağa başladı və üzünü çevirərək bir söz demədi.
Xanım Zeynəb (ə) fəryad elədi:
وَيْلَكُمْ، أما فِيكُمْ مُسْلِمٌ
"Vay olsun sizə! Sizin aranızda bir müsəlman yoxdurmu?" Sükut hamını bürüdü və kimsə cavab vermədi.
İmam (ə) əbasını geyinmiş və başında da əmmamə vardı. Piyada və yaralı olmasına baxmayaraq, dilavər süvarilər kimi döyüşürdü. O, bir gözü ilə oxatanlara və digər gözü ilə öz hərəminə bir nəzər salır və deyirdi:
“Məni öldürmək üçün bir yerə toplaşmısınız? Agah olun! Allaha and olsun, məndən sonra Allah bəndələrindən birisini öldürməyəcəksiniz ki, məni öldürdüyünüz qədər Allahı qəzəbləndirsin. Allaha and olsun! Mən ümid edirəm ki, Allah sizi xar etməklə mənə dəyər verər və mənim intiqamımı gözləmədiyiniz yerdən sizdən alar. Agah olun! Allaha and olsun! Əgər məni öldürsəniz, Allah sizi öz aranızdakı ixtilafa düçar edəcək və qanınızı tökəcəkdir. (Əsla) sizdən razı olmayacaq, sizlərə ağır və şiddətli əzabı artıracaqdır.
Bu səhnə o qədər kədərli və dərdli idi ki, nəfsi istəklərinə görə ixtiyarı olmayan, agahcasına zillətə boyun əyən, İmamın (ə) məqamının böyüklüyündən və onun məzlumluğunun dərinliyindən xəbərdar olan düşmən də ağladı.
Hansı tarixdə düşmənin özünün öldürdüyü şəxsə ağladığı görülmüşdür?!
Hansı döyüş meydanında düşmən rəqibinin məzlumluğu və özünün zalımlığından xəbər vermişdir?!
Bəli, Kərbəla meydanında təəccüblü və maraqlı məqamlar çox idi və bu, onlardan yalnız biri idi.1

ƏDƏB XƏZİNƏSİNİ HƏZRƏT ƏBÜLFƏZ (ə) AĞADAN ALMALIYIQ

Atası həzrət Əli əleyhissalam isə ədəb haqqında belə buyurmuşdur: "Hər bir şeyin ağıla, ağılın isə ədəbə ehtiyacı vardır". əfa deyiləndə yalnız Əbülfəzl Abbas (ə) yada düşməli bu mədəniyyəti cəmiyyətə aşılamaq lazımdır. O qeyrət, vəfadarlıq, şücaət və iman təcəssümü idi. Məhz buna görə o Allah dərgahında məqamı uca və dəyərlidir. Səbəbsiz deyildir ki, bütün şəhidlər ona qibtə aparır. Abbas iki qolunu Allah yolunda verərək özü Allahın qüdrət tərənnümü olub, "Babul Həvaic - Hacətlər Qapısı" ləqəbini Allahı ona hədiyyə etdi. Elə buna görə də dinindən və irqindən asılı olmayaraq insanlar onun qapısına gələndə hacətini almadan geri qayıtmır. Həzrət Abbasın (ə) üstünlüyünü onun  rəna qamətində və könül oxşayan simasında yox ədəbində, mərifət və imanında axtarmaq lazımdır. Necə ki, İmam Sadiq (ə) bu barədə belə buyurub: "Allah əmim Abbasa rəhmət eləsin. O, bəsirətli, uzaqgörən və imanında möhkəm idi. Əba Abdullah (İmam Hüseyn (ə)) ilə cihada qatıldı sonda da şəhidlik məqamına ucaldı. 

Bəli əziz dostlar budur İmam Hüseynə (ə) vəfadarlığı nəticəsi, budur Əhli-Beytin (ə) sevgisilə yaşayıb bu sevgilə ölmək. Bütün insanlar Əhli-Beytin (s) sevgisilə ucala yaxud zəlil ola bilər. Bu gün Aşura məktəbindən payı olmayanlar bu məktəbin qarşısını almağa çalışsalar da Quranın buyurduğu kimi, onlar Allahın nurunu öz ağızları ilə üfürməklə söndürmək istəsə də Allah öz nurunu tamamlayacaqdır. Məhz biz İmam Hüseynin (ə) məktəbini yaşatmaq istəyənlər gərək bu yolda bacardığımızı əsirgəməməli, dünya va axiərət səadətinə çatmaq üçün Aşura universitetinə qəbul olmalıyıq. 

Əziz izləyicilərimiz tarixin ölməz səhifələrinə öz qanı ilə imza ataraq İslam dinini yaşadan həzrət İmam Hüseynin (ə) və o həzrətin vəfalı səhabələrinin şəhadəti günü yəni Aşura günü münasibətilə həzrət Sahibəz Zaman (əc) və naibi Ayətullah Xamanei öndə olmaqla hamınıza başsağlığı verir uca Allahdan ömrümüzün Əhli-Beyt (ə) xidmətində keçməsini arzu edirik.

 Mətnin hazırlanmasında Aşura – köklər, hədəflər, baş vermiş hadisələr və nəticələr kitabından da istifadə olunmuşdur

Müəllif: Ayətullah Məkarim Şirazi və bir qrup alim
Hazırlayan: Seyid Azər Əhmədoğlu-Rizvan.net saytl üçün

 

 

 

Tags: Əhli-Beyt (ə), İmam Hüseyn (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!