QƏDİR XUMDA ŞADLANIRLAR MÖMİNLƏR

:

Salam olsun sənə ey Əmirəl Möminin, Salam olsun sənə ey vəsilər ağası, Salam olsun sənə ey peyğəmbərlər elminin varisi. Salam olsun sənə ey aləmlər Rəbbinin vəlisi, Salam olsun sənə ey təkallahlılar və möminlər mövlası ya Əli!


Salam olsun Qədir Xuma, Salan olsun Allahın təyin etdiyi ən böyük bayramına. Allah rəsulu buyurdu: Ümmətimin ən üstün bayramı Qədir Xum bayramıdır və Qədir Xum həmin o gündür ki, Uca Allah əmr etdi Qardaşım Əli ibn Əbu Talibi (ə) ümmətimə ələmdar seçib məndən sonra onun vsitəsilə insanlar hidayət olsunlar. Qədir Xum bayramı həmin o gündür ki, Allah dinini kamil edib nemətini ümmətim üçün tamamlayaraq İslamı onlar üçün din olaraq bəyəndi. 
Allahın bütün mühüm günləri kimi bu böyük bayramın da özünəməxsus ənənələri vardır ki, onlardan bəzilərinə işarə edək: 
Yaxşı olar ki, bu gündə möminlər qüsl edib təzə paltar geyinərək özünü ətirləyib bəzənsin və əzizlərinin görüşünə gedərək onlara məhəbbətlə bu bayramı təbrik desin. Bu bayramda möminlər qonaqlıq verib bir birinin evinə yığışaraq, həmişəkindən daha da səmimi qonaqları qarşılayıb şirniyyatlar bişirib bayram əhval ruhiyyəsi yaratsın. Səmimi qəlbdən çox istədiyi din qardaşı varsa Qədir Xum günündə ən yaxşı fürsətdir ki, Peyğəmbər (s) ilə İmam Əlidə (ə) olduğu kimi bir biri ilə qardaşlıq əhdi bağlasınlar. 
Qədir Xum bayramını qohumlara məxsusən kasıblara süfrə açmaqla daha da gözəlləşdirmək olar. Bundan daha gözəli isə bu gündə oruc tutanlara iftar süfrəsi açmaqla olar. 
Bu günlər çoxları Nəcəfə yola düşüblər ki, Qədir Xum sahibi həzrət Mövlanı (ə) yaxından təbrik edib o həzrətin yanında öz əhdlərini təzələsinlər. Biz də qəlblərimizi mövlanın zəvvarları ilə o həzrətin hərəminə yola salmışıq. 
Bu gün dualarımızın qəbul olması üçün ən yaxşı fürsətdir və göyə qalxan əllər bu günün hörmətinə boş qayıtmayacaq. Bu gündə əziz möminlərdən və izləyicilərimizdən xahişimiz budur ki, bizləri xeyirli dualarında unutmasınlar. Fürsət edib bu arada həzrət SahibəzZaman İmam Məhdini (əc) və Xamenei ağamızı sonra da siz əzizləri təbrik edir uca Allahdan bayramlıq olaraq hamınıza bərəkətli ömür arzu edirik.

Qədir Xum haqqında əlavə məlumatları aşağıdakı linklərdən oxuyun!

QƏDİR XUM VİLAYƏT BAYRAMIDIR

İMAM ƏLİ (Ə) VƏ QƏDİR XUM HAQQINDA

QƏDİR HADİSƏSİNİN İNSANLARA MÜRACİƏTİ

Tags: İmam Əli (ə), Tarix

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!