MÜSƏLMANLAR ARASINDA QƏRİB RƏHBƏR

:

PEYĞƏMBƏRİMİZ (S) ONA ÖZ SALAMINI GÖNDƏRMİŞDİ

Zilhiccə ayının yeddisi Peyğəmbər (s) Əhli-Beytindən (ə) beşinci rəhbər olan həzrət İmam Muhəmməd Baqirin (ə) şəhadətinin il dönümüdür. İmam Baqir (ə) də əziz ata-babaları kimi elmdə, təqvada ümumiyyətlə bütün əxlaqi fəzilətlərdə Allahın bəndələrinə nümunə idi. İmam Baqir (ə) həmin şəxsdir ki, həzrət Peyğəmbər (s) onu Qurana bərabər bilərək ona itaət edən, ümmətin hidayətçisi və risalətin muzdu müqabilində ona məhəbbət və məvəddət göstərməyi deyə əmr etdi. Əfsuslar olsun ki, nankor insanlar yenə də zamanəsinin imamını və ilahi rəhbərinini tanımayıb Peyğəmbər (s) ailəsinə olan kin-küdrət zəhəri ilə yenidən imamlarını şəhid etdilər. Halbuki, o imam insanları ruhi və cismi aramlığa çatdırar və onları qəlbən sevərdi. Otağının bir küncündə can verdi və elə o vəfasız insanların arasından ruhu göylərə pərvazlandı. Peyğəmbərin (s) məzlumiyyətinin aydın-aşkar sənədi olan Bəqi qəbristanlığı məzlumlar ağası həzrət İmam Baqirin (ə) də mədfənidir. İmam Baqirin (ə) şəhadəti, haqq tərəfdarlarının və Əhli-Beyt (ə) aşiqlərinin qəlbini bir daha dağladı.

İMAM BAQİRİN (Ə) HƏYATINDAN İBRƏTAMİZ BİR HADİSƏ

Mədinə bağlarının birinin yanında keçən bi nəfər İmam Baqiri (ə) əkinlə məşğul halda görür. Öz-özünə deyir gərək ona nəsihət edəm ki, yaşının bu vaxtında canına rəhm edib özünü zəhmətə salmasın. Qabağa gedərək dedi: Ey Peyğəmbər (s) balası! Sən Qüreyşin böyüklərindənsən nə üçün bu yaşında, havanın bu istisində dünya malından ötrü belə çalışırsan? Əgər bu halda ölüm səni haqlasa Allaha nə cavab verəcəksən?

İmam Baqir (ə) buyurdu: Allaha and olsun əgər bu halda ölüm məni haqlasa ən yaxşı əhvalda olacağam. Çünki, Allahın itaəti ilə məşğulam və sənin kimi insanlara möhtac və cəmiyyətə yük olmaq istəmirəm. Hər kəs insanlara yük olarsa Allaha günah və üsyan etmişdir.1

İMAM BAQİRDƏN (Ə) BİR NEÇƏ İBRƏTAMİZ KƏLAM

Dünyaya həris olan şəxs barama qurduna bənzər ki, öz ətrafına nə qədər çox barama sarısa çölə çıxma yolunu uzadıb çətinləşdirərək sonda qəm-qüssədən ölər.2

Bəndələrin tərəfindən şükür kəsilməyənə qədər Allah tərəfindən nemətlər kəsilməz.3

İMAM MUHƏMMƏD BAQİR(ə)İN HƏYATI

İMAM BAQİR(ə)İN FİKRİ-SİYASİ TARİXİ


1 Biharul Ənvar, c11, s82

2 Üsuli Kafi, c2, s316

3 Biharul Ənvar, c68, s54

Tags: Əhli-Beyt (ə), İmam Baqir (ə), Tarix

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!