İBRAHİMİ DİNLƏRDƏ MƏHDİ (ƏC) İNTİZARI - II HİSSƏ

:

Xristianlıqda “Məhdi” intizarı
Xristianlar çalışırdılar ki, yəhudilərin müqəddəs kitabı olan “Qədim Əhd”də Həzrət İsanın (ə) "xilaskar" ünvanında gəlişindən xəbər verən əlamət və xüsusiyyətləri tapsınlar. Amma onların araşdırmaları heç bir nəticə vermədiyinə görə, “Qədim Əhd”də olan cümlələri Həzrət İsaya (ə) aid etdilər. Beləliklə, xristianlar bu nəticəyə gəlib və başqalarına da çatdırmaq istəyirdilər ki, yəhudilərin intizarında olduqları şəxs, elə Həzrət İsadır (ə).

Matta və Luka incilinin söylədiyinə görə Həzrət İsa (ə) Yerusəlimin 8 km yaxınlığında olan Beyti-ləhmdə dünyaya gəlmişdir. Qeyd etmək lazımdır ki, yəhudilərin gözlədikləri Məhdi də elə adı gedən məkanda zühur etməli idi. Buna görə də Matta və Luka incillərinin müəllifləri çalışıblar ki, Həzrət İsanın (ə) doğum yerini elə həmin vədə verilmiş məkana aid etsinlər.
Xristianların inanclarına görə Həzrət İsanın (ə) anası Həzrət Məryəm (ə), atası isə dülgər Yusif olmuşdur. Onlar o Həzrətin on iki yaşı olarkən Yerusəlimə getmişlər və Həzrət İsa (ə) oradaca onlardan ayrılmışdır. O  Həzrət otuz yaşında dövrünün peyğəmbəri olan Həzrət Yəhyanın (ə) əli ilə vəftiz qüslü almış və öz peyğəmbərliyini elan etmişdir. Bundan qabaq Həzrət Yəhya (ə) səmavi bir varlığın gələcəyindən xəbər vermişdir. Buna görə də hər kəs o varlığın intizarında olmuşdur. Bu məqamları xristianlar Məhz İsanın (ə) "gözlənilən Məhdi" olmasına dəlil gətirmişlər. Lakin, yəhudi və xristian inancına görə, Həzrət İsanın (ə) guya çarmıxa çəkilməsi və şəhid edilməsi, onun, intizarında olduqları xilaskar funksiyasını yerinə yetirmədiyi üçün, Məhdi olmadığından xəbər verir.
Belə olduqda, xristianlar çıxış yolunu “Həzrət Məsih xaç üzərində asılmaqla bəşərin günahlarının bağışlanmasına səbəb oldu. Eyni zamanda tezliklə sonuncu hakimlik və səltənət üçün qayıdacaq” -deməkdə gördülər. Xristianlar belə deyirlər: “Baxmayaraq ki, o, vəfat etdi və torpağa basdırıldı, amma üç gündən sonra dirilərək səmaya qalxdı. Ancaq yenidən yer üzərinə dönərək öz padşahlığını quracaq. O, camaatın günahlarının qurbanı oldu. Onun başına gələn hadisələri hətta keçmiş peyğəmbərlər də söyləmişlər.” Onlar Həzrət İsanı (ə) bəşərin günahının qurbanı bilirlər. Bu, onların mühüm bir şüarıdır ki, dini təbliğlərində buna çox yer verirlər. Bundan əlavə Həzrət İsanın (ə) yenidən qayıtması xristianlıqda böyük əhəmiyyət daşıyır. Yeni Əhddə (İncildə) yazılmışdır ki, o, qalib olaraq qayıdacaq. Beləcə də, ilkin xristian camaatı onun tezliklə qayıdacağına inanırlar.
Bir halda ki, Qədim Əhddə xəbər verilən xilaskar, yəni "Məsih"dən məqsəd həqiqətən də Həzrət İsa (ə) deyildir. Çünki, Məsih Qədim Əhddə iki mənada işlənib. Allahın xüsusi nəzərində qərarlaşan və insanları cəhalətdən qurtaran şəxslərə məsih deyilib. Davud (ə), Süleyman (ə), İsa (ə) bunun üçün məsih adlanıb. (Bax; Huşə, f. 3, c. 5; Məzamir, f. 5, c. 49)
Həmçinin, Qədim Əhddə xristianların xilaskarın gəlişinin bünövrəsi sayılan "ikinci qayıdış" haqqında danışılmır.
Bundan əlavə, xristianların iddia etdikləri Məsih, onların etiqadına əsasən Tanrı oğludur və Tanrıdır. (Yəhya incili, f. 1, c. 1-3.) Lakin, Qədim Əhdin bəhs etdiyi Məsih, insandır. Hətta incildə verilən xilaskar məhdi xəbərlərində belə söhbət insandan gedir, Allahın oğlundan deyil.
İncildə bəhs edilən məhdi və xilaskar haqqında məlumatların bir neçəsinə diqqət edək:
1- "İnsan oğlu isə bütün müqəddəs mələklərlə bərabər, izzətlə gəldikdə, o zaman əzəmətli taxtına oturacaqdır. Bütün xalqlar onun önündə toplaşacaq..." (Matta incili, f. 25. C. 31-32.)
2- "Siz hazır olun! Çünki insan oğlu sizin zənn etmədiyiniz saatda gələcək." (Luka incili, f. 12, c. 40.)
Bu nəzər kilsələrdə iki əsr boyunca dillərdə gəzirdi. Nəhayət anlaşıldı ki, onun gəlişi yaxın deyil. Ancaq az bir dəstə onun tezlikə gələcəyinə inanırdı. Bir dəstə isə onun min illikdə gələcəyinə ümid bəsləyirdi. 1000-ci il oldu, o Həzrət gəlmədi. İddia etdilər ki, 2000-ci ildə zühur edəcək. Bu fikir də onların iddiasını puça çıxardı. Nəhayət 2030-cu ilin intizarındadırlar ki, zühurun tarixidir. Ümumiyyətlə xristianların dini inanclarına görə O, axır zamanda zühur edəcək. Buna görə də onlarda rəcət və qiyamət bir mənayadır. Bu mənaya ki, Həzrət İsa (ə) rəcət edən zaman qiyamət də elə bu dünyada bərpa olacaq.

Mahir Məmmədov

Ardını buradan oxuyun

Tags: İmam Zaman (ə), Dinlər və məzhəblər

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!