ZƏRDÜŞTİLİK

:

Zərdüştilik qədim iranlıların dini olmuşdur və islamdan qabaqkı dövrə qədər İran xalqları bu dinə etiqad bəsləmişlər. Tarixi məlumatlardan aydın olur ki, zərdüştilik eynilə məcus dini kimidir ki, Qurani-kərimdə ilahi dinlərdən biri kimi onun da adı sair dinlərlə yanaşı qeyd olunmuşdur.

Qurani-Kərimdə buyurulur: «Həqiqətən, Allah möminlər, yəhudilər, sabiilər, məsihilər və müşriklər arasında qiyamət günü hökm edəcəkdir. Həqiqətən Allah hər bir şeyə şahiddir». (Həcc-17)

Bu ayədən məlum olur ki, məcus dini ilk əvvəllər tövhid əsasında olmuşdur; çünki burada o, təkallahlı dinlərlə yanaşı gətirilmiş, müşriklər isə “və” bağlayıcısı vasitəsilə onlardan ayrılmışdır.

Məcus dininin tövhid əsasında olmasını nəzərə alaraq, onu da ilahi dinlərlə bir sırada araşdırırıq. Diqqət yetirmək lazımdır ki, islam fəqihlərinin əksəriyyəti zərdüştləri kitab əhli hesab edərək, onları da rəsmi olaraq təkallahlı kimi tanımışlar.

ZƏRDÜŞTİLİYİN TARİXÇƏSİ

Zərdüştün zühurundan və zərdüştiliyin, yaxud Məzdai ayininin təsis olunmasından qabaq, iranlılar bir neçə allaha inanırdılar. Yəni, allahların allahı, yaxud Yəzdaların Yəzdasının əmri altında olan məbudlara sitayiş edirdilər. Bu dininin Hindistanın ariyailər əqidəsi ilə çox oxşarlığı və yaxınlığı vardır. Çünki, ariyailərin ən məşhur məbudları olan od allahı Agini, təbiət allahı İndira, nur və günəş allahı Mitra, keşikçi allahı Varvina, su allahı Anatita olmuşdur; Agini ilə razi-niyaz edib ona pərəstiş etmə mərasimi onların arasında çox geniş yayılmışdır və həmin dövrlərdən etibarən od, Agininin təcəlli və zühur əlaməti olaraq, xüsusi hörmət və müqəddəsliyə layiq görülmüşdür.

Qeyd etmək lazımdır ki, qədim İranda iki din mövcud olmuşdur ki, onlar da öz növbəsində zərdüştilik ayininin formalaşmasında güclü təsirə malik olmuşlar. Başqa sözlə desək, zərdüştilik aşağıdakı iki din əsasında formalaşmışdır:

1. Muğan dini;

2. Mehrpərəstlik, yaxud Mitraizim.

Kitabın adı: Dinlərlə tanışlıq

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!