HƏCC HAQQINDA BİR NEÇƏ SUAL (II HİSSƏ)

:

Sual: Bir şəxs neçə dəfə həcc ziyarətində olmalıdır?
Cavab: Şərtlər ödəndikdə hər bir müsəlmana ömrü boyu cəmi bir dəfə həcc ziyarətində olmaq vacibdir.

Sual: Həcc ziyarəti kimlərə vacibdir?
Cavab: Həcc ziyarətinin vacib olması üçün aşağıdakı şərtlər ödənməlidir:
1. Yol azuqəsi və səfərdə ehtiyac duyulan şeylər, eləcə də nəqliyyat mövcud olmalıdır;

2. İnsan sağlam olmalı və həcc ziyarətini yerinə yetirməyə qüdrəti çatmalıdır.
3. Yolda maneə olmamalıdır;
4. həcc əməllərini yerinə yetirmək üçün kifayət qədər vaxt olmalıdır;
5. həccə gedən şəxs ehtiyacını ödəməli olduğu kəslərin xərclərini ödəyə bilməlidir;
6. həcc ziyarətindən qayıtdıqdan sonra dolanışıq xərclərinin əldə olunmasında çətinlik çəkməməlidir.

Sual: Bir nеçə il bundan qabaq həccə gеtmək məqsədi ilə adımızı yazdırmaq üçün banka müəyyən məbləğdə pul köçürmüşük. Lakin bu vaxta qədər həccə gеdə bilməmişik və bilmirik ki, o vaxt vеrdiyimiz pulların xumsunu vеrmişik, yoxsa yox? İndi o pulların xumsunu vеrmək vacibdirmi? Ümumiyyətlə həccə gеtmək üçün ad yazdırılan zaman vеrilən pulların üstündən bir il kеçsə, ona xums vеrmək vacib olar, yoxsa yox?
Cavab: Əgər həccə ad yazdırmaq üçün illik qazancınızdan onlara vеrdiyiniz nəqdi pul, yaxud həcc və ziyarət idarəsi ilə sizin aranızda bağlanan müqavilə əsasında səfər zamanı sizə vеriləsi zəhmət haqqı olsa, onda sizə onun xumsunu vеrmək vacib dеyildir.

Ardı var...

ÜÇÜNCÜ HİSSƏNİ BURADAN OXUYUN

Kitabın adı: 200 Sual-cavab
Kitabın adı: Şəri suallara cavablar 1-c- cild

Tags: SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!