İMAMLARIN (Ə) ƏZASINDA MƏDDAHLIQ NECƏ OLMALIDIR?

:

Sual: Məddahlıq edərkən İmamlar və onların pak ailələrinin tərifində nalayiq və şənlərindən uzaq mətləbləri demək, o cümlədən belə bir ifadələr işlətmək – "mənim sevgilim Rüqəyyədir", Hüseyn (ə) hidayət nuru və nicat gəmisidir.” hədisinə istinad edərək deyirlər "Hüseyn (ə) kapitandır" və s. – yaxud onları aciz görsətmək, məsələn imam Səccadı (ə) xəstəliyini və həzrət Zeynəbin (s) zəlil olduğunu deməyin və bu kimi şeylərin hökmü nədir?

Cavab: Şiə məzhəbinin iftixarı budur ki, Pak imamlar (ə) insanın həyatının bütün sahələrində kamil bir nümunədirlər. Onlar ən mühüm məsələ olan Tövhid və əqidədən tutmuş yaşayışın ən kiçik hadisələrinə qədər örnəkdirlər. Necə ki, Quran Peyğəmbəri (s) hamı üçün nümunə tanıtdırır: "Həqiqətən Allah Rəsulunda sizlər üçün gözəl örnək vardır". Eləcə də, Həzrətin (s) canişinləri də insanlar üçün nümunədirlər. Buna əsasən bu ilahi nurların hörmətini qorumaq hamıya vacibdir. Din və onun zahirini ləkələmək və masqara etmyin haram olduğu kimi, məsum İmamların (ə) hörmətini də, ləkələmək haramdır.

Bizim İmamlarımız (ə) təkidlə sifariş edib ki, «کونوا لنا زیناً ولا تکونوا علینا شیناً» şiələr həmişə onların zinəti olmalı və bəyənilməz hərəkət, iş və sözlər ilə başqalarını Əhli-beyt (ə) məzhəbindən uzaqlaşdırmamalıdır.

Məsum İmamları (ə) təhqir etmək Peyğəmbəri (s) təhqir etməkdir və bu da böyük günahdır. Fasiqlər, günahkarlar arasında yayılan söz və ifadələrdən çəkinməliyik. Heç vaxt Pak imamlar (ə) və məxsusən Aşura hadisəsi ilə əlaqədar, adi insanlara belə yaraşmayan nalayiq ifadələrdən istifadə olunmamalıdır.

Ayətullah Şeyx Məhəmməd Fazil Lənkərani

Rizvan.net İslam maarifi jurnalı

Tags: İmam Hüseyn (ə), Məqalələr, Müxtəlif dini mövzular, Şübhələrə cavab

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!