GƏLƏCƏK (ŞEİR)

:

Bismillahir Rəhmanir Rəhim

Gözlərim gözləyir ol yarımı əlbət gələcək.
Ərşidən fərşə tərəf Nuri-İmamət gələcək.

 

Xabi-qəflətdə yatan bəndələr əlbət oyanar,
Həmən ol gün ki, bütün aləmə rəhmət gələcək.

İndi bir zərrə qədər, yoxdur ədalətdən əsər.
Elə bir gün gələcək, həqqu-ədalət gələcək.

Var elə bəndə ki, öz varını ehsan eləməz.
Elə bil dərk eləmir, ruzi-Qiyamət gələcək.

Eşit ey körpələrin göz yaşına, bais olan.
Axan hər damla üçün, xanəvə lə'nət gələcək.

Yenə də səbr elə Adil, bu qədər dərd eləmə.
Gözlə öz yarıvı ol əşrəfi-xilqət gələcək.

Şair: Adil Əkbərov

Mətni səsləndirdi: ADİL ƏKBƏROV
You must have the Adobe Flash Player installed to view this player.



Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!