NAMAZ BƏNDƏLİYİN ZİRVƏ NÖQTƏSİ

:

Təkvin məqamında Allah, bəndələrinə nə qədər çox lütf göstərsə, ibadətlərini yerinə yetirsinlər deyə daha çox tofiq verir ki,. Əlbəttə Allahın gördüyü işlər boş və bihudə deyil, Allahın xas qanunlarına tabedir. Təşri’ məqamında təşviq edir, elə hökmlər verir ki, camaat onları görməklə Ona daha çox yaxınlaşsınlar. O cümlədən Allaha yaxınlaşmağın ən yaxşı vasitəsi olan namazı təşri’ etmişdir. Necə ki, mə’sum buyurmuşdur: “Namaz hər təqvalı mö’minin Allaha yaxınlaşmaq vasitəsidir.”1

Əlbəttə diqqət edilməlidir ki, namazın zahiri Allaha yaxınlaşmaq hesab olunmur, namazın batini və həqiqəti insanı Allaha yaxınlaşdırır.
Ayələrə və rəvayətlərə görə əsl məqsəd namazın həqiqətidir, namazın zahiri deyil. Allah buyurur: “... Mənə ibadət et və Məni anmaq üçün namaz qıl..”2
Bu ayədə “iqamə” (namaz qıl, namaza qalx) tə’birinin namazın həqiqəti ilə tənasübü var. Məqsəd namazın batinidir. Həmçinin Allah buyurur: “...Namaz qıl. Həqiqətən, namaz [insanı] çirkin və pis əməllərdən çəkindirər...”3
Əllamə Təbatəbai buyurur: Bu ayənin tərzindən görünür ki, namazın insanı çirkin və pis əməllərdən çəkindirməsində məqsəd namazın təbiətinin çirkin və pis əməllərdən çəkindirməsidir. Deyəcəksiniz: Namaz necə çirkinlikdən və pis əməllərdən çəkindirir? Cavabında deyirik:
Əgər Allah bəndəsi hər gün beş vaxt namaz qılsa və bütün ömrü boyu bu işi davam etdirsə – xüsusilə də namazı saleh bir mühitdə qılsa və həmin mühitin adamları da onun kimi beş vaxt namazlarını vaxtlı-vaxtında qılsalar, təbii olaraq namaz onları çirkin işlərdən saxlayacaqdır, çünki namazın kəbirə günahlarla arası yoxdur.
Bəli, Allaha, bəndəlik qapısından müraciət etmək, özü də belə bir mühitdə, belə bir adamlarla, insanı adam öldürmək, onun-bunun malına, canına təcavüz etmək, zina kimi pis əməllərdən niyə saxlamasın? Əlbəttə ki, gərək belə də olsun.
Namaz insanı nəinki onlara mürtəkib olmaqdan, hətta o cür pis əməlləri fikirləşməkdən belə saxlayır. Çünki namaz Allahın zikri deməkdir. Bu zikr birincisi Allah-təalanın birliyinə, risalətə, qiyamət gününün cəzasına imanı təlqin edir. İnsana deyir ki, Allahını ixlasla səsləyib Ondan kömək istəsin, xahiş etsin ki, onu düz yola hidayət etsin. Həmçinin azğınlıqdan və Allahın qəzəbindən Ona pənah aparsın.
İkincisi insanı vadar edir ki, öz ruhu və bədəni ilə Allah dərgahına üz tutub, öz pərvərdigarını həmd, səna, təsbih və təkbir deməklə yad etsin.4
Amma rəvayət baxımından, Peyğəmbərdən (s) rəvayət edilmişdir ki, o namazda ki namaz qılan qəlbini bədəni ilə həmahəng etmir, ürəyi həmin namazla olmursa, həzrət Həqq həmin namaza nəzər salmır. Aydındır ki, bu rəvayət namazın həqiqətinə işarə edir. Bu həmin Allahı zikr və yad etməkdir. Çünki ibadətin hədəfi Allahı zikr və yad etməkdir. Allahı zikr etmək ürəyə cəla və səfa verir, onu ilahi nuru qəbul etməyə hazırlayır. Həzrət Əli (ə) ibadətin ruhu olan zikr haqqında belə buyurur: “Allah-təala Özünü zikr və yad etməyi ürəklərin cilalanıb nurlanması [üçün bir vasitə] qərar vermişdir ki, onunla karlıqdan sonra eşidərlər, qaranlıqdan (nadanlıqdan) sonra görərlər, düşmənçilikdən sonra boyun əyərlər.”5
Ardınca buyurur: “Ne’mətləri və bəxşişləri yüksək olan Allah üçün zamanın bir hissəsindən sonra elə bir zaman gələr ki, həmin günlərdə, - şəriətin nişanəsi itdiyi bir vaxtda - bəndələrindən bə’ziləri ilə onların fikirlərində sirr danışar. Həqiqətdə onlarla danışan əqilləridir.”
Yenə də namazın həqiqətinə və əhəmiyyətinə görədir ki, Əli (ə) Siffeyn müharibəsində, düşmənlə döyüşün qızğın vaxtında, başını qaldırıb günəşə baxır ki, görsün zöhr namazının vaxtı çatıbsa namaza dursunlar. İbn Abbas soruşur: Nə edirsən? Həzrət cavabında deyir: [Göyə] baxıram ki, görüm namazın vaxtı çatıbsa, namaz qılaq.
İbn Abbas deyir: Məgər indi namaz qılmaq vaxtıdır? Müharibə gedir, döyüşün qızğın vaxtı namaz qılmağa fürsət hardadır? Həzrət cavabında buyurur: “Məgər biz onlarla nə üçün vuruşuruq? Bizim savaşımız namaz üçündür! Namaza görə onlarla vuruşuruq.
Bəli, namaz həzrət Əlinin (ə) nəzərində o qədər böyük və əzəmətlidir ki, heç bir şey onu namazdan yayındıra bilmir. Üstəlik ibadət dünyası onun nəzərində maddi ləzzətlərlə müqayisəyə gəlməyəcək, tükənməz bir ləzzətdir. Onun nəzərində ibadət dünyası başdan-başa aydınlıqdır, orda qaranlıqdan, küdurətdən, qəmdən əsər-əlamət yoxdur. İbadət bütünlüklə səfa və xülusdur(xülus yəni aydın yoxsa səmimi mənasındadır? Bəs səfa? Ərəb və fars sözlərinin qarşılığını Azərbaycan dilindəki çoxluq tərəfindən işlək olan sözlər olsa yaxşı olar və bu dilləri bilməyənlər üçün də başa düşülməsinə kömək edər). Onun nəzərində xoşbəxt o kəsdir ki, intəhasız(yəni nəhayətsiz) olan bu dünyaya qədəm qoysun və onun həyat bəxş edən təbəssümü ilə öz ruhunu nəvaziş edib oxşasın. Çünki hüdudsuz olan bu dünyaya qədəm qoyan kəsin nəzərində maddi dünya kiçik və həqir görsənəcəkdir. Hətta düşmənlə döyüş meydanında mübarizə aparanda da namazı tərk etmək istəməyəcək; çünki o bütün şeyləri namaz üçün istəyir və namazı da ona görə istəyir ki, Allahla münacat edə bilsin, Onunla danışa bilsin.
Əli (ə), Osman ibn Hənif Ənsariyə yazdığı namələrin birində deyir:
“Xoş halına o nəfsin ki, Allahın ona vacib buyurduqlarını yerinə yetirir, çətinliklərə sinə gərir, gecələri yuxuya dalmır. Yuxu onu üstələdikdə yeri özünə yataq edib əllərini yastıq əvəzinə başının altına qoyar. İnsanlar arasında bir dəstə vardır ki, qayıdış gününün (qiyamət) qorxusu onların gözlərini oyaq saxlar, böyürləri yataqdan uzaq olar. Dodaqları astaca Allahı zikr edər, istiğfarın çoxluğundan günahları pərakəndə olmuşdur. (...Onlar Allahın firqəsidirlər. (Allahın dininə kömək edən kimsələrdir.) Bilin ki, Allahın firqəsi – məhz onlar nicat tapıb (əbədi) səadətə qovuşanlardır əl-Mücadilə – 22)6

Kitabın adı: Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri)
Müəllif: Ustad Misbah Yəzdi
Hazırladı: Rəsul Mahmudov

 


1. “Bihar”, c. 10. səh-99.
2. “Taha”, 14.
3. “Ənkəbut”, 45.
4. “Əl-mizan”, c. 16, səh-133.
5. “Nəhcül-bəlağə”, (Feyzül-islam) x-213, səh-703.
6. “Nəhcül-bəlağə”, (Feyzül-İslam) 45-ci kitab. №15. səh-974.

Tags: İSLAMIN ƏSASLARI, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!