FƏRƏC (İLAHİ ƏZUMƏL BƏLA) DUASI

:

Şeyx Kəfhəmi “Bələdül-əmin” kitabında bu duanın İmam Mehdiyə (ə.f) aid olduğunu, onu zindanda olan birinə öyrətdiyini və həmin zindandakı şəxsin bu duanı oxumaqla azad olmasını qeyd edir.

Ərəbcə mətni:

بسم الله الرحمن الرحیم

َلهي عَظُمَ الْبَلاَّءُ وَبَرِحَ الْخَفاَّءُ وَانْكَشَفَ الْغِطاَّءُ و انقطع الرجاء وَضاقَتِ الاَرْضُ وَمَنَعَتِ السَّماَّءُ وانت المستعان واليك المشتكى وَعَلَيْكَ الْمُعَوَّلُ فِى الشِّدَّةِ وَالرَّخاَّءِ اَللّهُمَّ صَلِّ عَلى مُحَمَّدٍ وَآلِه محمد اوالامر الذين فَرَضْتَ عَلَيْنا طاعَتَهُمْ وعَرَّفْتَنا بِذلِكَ مَنْزِلَتَهُمْ ففَرِّجْ عَنّا بِحَقِّهِمْ فَرَجاً عاجِلاً قريبا ٬ كَلَمْحِ الْبَصَرِ اَوْ هُوَ اَقْرَبُ يا محمد و يا علي يا علي و يا محمد اكْفِيانى فَاِنَّكُما كافِيان وانصراني فانكما ناصران يا مولانا يا صاحب الزمان الْغَوْثَ الْغَوْثَ الغوث اَدْرِكْنى اَدْرِكْنى اَدْرِكْنى الساعة الساعة الساعة العجل العجل العجل يا ارحمن الراحمين ، بحق محمد و اله الطاهرين

Ərəbcə oxunuşu:

Bismillahir Rəhmanir Rəhim

İlahiƏzuməl-bəla və bərihəl-xəfa, vənkəşəfəl ğita vənqətər-rəca və zaqətil-ərzu və muniətis-səma.Və əntəl mustəanu və iləykəl-muştəka.Və ələykəl-müəvvəlu fiş-şiddəti vər-rəxa. Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd. Ulil-əmri əlləzinə fərəztə ələyna taətəhum və ərrəftəna bizəlikə mənzilətəhum. Fəfərric ənna bihəqqihim fərəcən acilən qəriba, kələmhil- bəsər əv huvə əqrəbu ya Muhəmmədu ya Əliyyu, ya Əliyyu ya Muhəmməd. İkfiyani fəinnəkuma kafiyan, vənsurani fəinnəkuma nasiran. Ya Mövlana ya Sahibəzzaman. Əlğəvs, əlğəvs, əlğəvs. Ədrikna, ədrikna, ədrikna. Əs-saətə, əs-saətə, əs-saə. Əl-əcəl, əl-əcəl, əl-əcəl. Ya ərhəmər-rahimin, bihəqqi Muhəmmədin və alihit-tahirin.

Duanın tərcüməsi:

Bağışlayan və Mehriban Allahın adı ilə

İlahi! bəlalar böyüdü, gizli sirlər aşkarlandı, pərdələr kənara çəkildi, ümidlər kəsildi. Yer (bizi) sıxdı, göylər (öz nemətini) əsirgədi. Yardımçımız, arxamız Sənsən. Şikayətlərimizi yalnız Sənə edirik. Asanlıq və çətinlikdə yalnız Sənə sığınır və etimad edirik. İlahi! Bizlərə itaətlərini vacib etdiyin, bununla da (bu itaət vasitəsilə də) onların məqamını bizə tanıtdırdığın əmr sahiblərimiz olan Muhəmməd və Ali Muhəmmədə salam və salavatını göndər. Onların haqqına xatir bizlərə təcili olaraq, tezliklə, bir göz qırpımında və ondan da tez (bir vaxtda) fərəc (çətinliklərin düyünü üçün açılış) və rahatlıq bəxş et. Ya Muhəmməd! Ya Əli! Ya Əli! Ya Muhəmməd! Siz (Allahın vacib buyurduğu (sizə olan) bağlılığım, məhəbbətim və itaətimə görə) mənə kifayət edin. Həqiqətən də, siz kifayət edənsiniz (Həqiqətən də, sizə itaət, məhəbbət və bağlılıq hər şeyə kifayətdir). Mənə (Allahın sizlərə bəxş etdiyi ixtiyar vasitəsilə) kömək edin. Həqiqətən də, siz (Allahın sizlərə bəxş etdiyi ixtiyar vasitəsilə sizə tabe olanlara) kömək edənsiniz. Ey mənim mövlam, ey Sahibəzzaman! Fəryada yetiş, fəryada yetiş, fəryada yetiş! Əlimi tut, əlimi tut, əlimi tut! Elə indicə, elə indicə, elə indicə. Təcili, təcili, təcili! Ey rəhimlilərin ən rəhimlisi, Muhəmməd və Ali Muhəmmədin haqqına (dualarımı qəbul et)!

Mənbə: imamzaman.az

Tags: Dua

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!