İL TƏHVİLİ DUASI

:

Novruz - bəzən də Bahar bayramı adlandırdığımız bu milli bayram qədim tarixə malikdir. Tarixi sənədlərə əsasən Novruz bayramının qeyd olma tarixi İslamdan çox öncəki zamanlara qayıdır.

İslam dini zühur etdikdən sonra, bu bayramda olan xurafatları rədd edərək onun Tövhid məfkurəsinə uyğun formasını təsdiqlədi. Hicri şəmsi təqvimi ilə hesablandıqda yeni ilin birinci günü Novruzdur. Baharın gəlişi təbiətə yeni can bəxş etdiyi kimi Novruz bayramı da insanların ruhunu yeniləyə bilər. Təbii ki, insan əgər bunu istəsə. İstəyib əvvəlcə əməl və kənarında nailiyyəti üçün dua edərsə,yeni ilin ilkin anlarında Allahdan istəyə biləcəyimiz ən üstün istəklər “il təhvili duasında” cəmlənmişdir.

İLİN TƏHVİL DUASI
Ərəbcə mətni:

یَا مُقَلِّبَ الْقُلُوبِ وَ الْأَبْصَارِ یَا مُدَبِّرَ اللَّیْلِ وَ النَّهَارِ یَا مُحَوِّلَ الْحَوْلِ وَ الْأَحْوَالِ حَوِّلْ حَالَنَا إِلَی أَحْسَنِ الْحَالِ

Oxunuşu:
Ya Muqəllibəl-qulubi vəl-əbsar, ya Mudəbbirəl-ləyli vən-nəhar, ya Muhəvviləl-həvli vəl-əhval, həvvil haləna ila əhsənil-hal!

Tərcüməsi:
Ey qəlbləri və baxışları döndərən Allah, ey gecə və gündüzü nizamla idarə edən Allah, ey ili və əhvalları dəyişən Allah, dəyiş əhvalımızı ən yaxşıya doğru!
İlahi - Amin.

Əziz Azərbaycan xalqına Bahar bayramı münasibətilə təbrik deyir, millətə və vətənə sülh və firavanlıq arzulayırıq! NOVRUZ BAYRAMINIZ MÜBARƏK!

Hörmətlə: www.rizvan.net - İslam Maarifi Jurnalının kollektivi (2018)

Tags: Dua, Müxtəlif dini mövzular

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!