İMAM SADİQİN (Ə) QURANİ-KƏRİM HAQQINDA BUYURDUĞU MÜBARƏK KƏLAM

:

Qurani-Kərimin bütün zamanlara və məkanlara aid olması;

İmam Cəfər Sadiq (ə) buyurur:

ان القرآن حی لا یموت و انه یجری کما یجری الیل و النهار و کما یجری الشمس و القمر و یجری علی آخرنا کما یجری علی اوالنا.

"Quran diri və ölməzdir. Quran gecə və gündüz, günəş və ay kimi cərəyandadır. Quran bizim əvvəlki nəsillərimiz üçün cərəyanda olduğu kimi, sonrakı (nəsillərimiz) üçün də olacaqdır".1

Bildiyimiz kimi, günəş və ay hərəkət edərək, yer kürəsinin hər bir tərəfinə dövr edərək işəq saçmasına baxmayaraq, köhnəlib qüvvəsini itirmir. Qurani-Kərim də günəş və ay, habelə gecə və gündüz kimi hər bir millətə və hər bir zamana aid olaraq cərəyan edir və heç vaxt köhnəlmir.

Bir nəfər İmam Sadiqdən (ə) soruşur:

ما بال القرآن لا یزداد علی النشر و الدرس الا غضاضه؟

"Nə üçün bu qədər nəşr və tə'limə baxmayaraq, Quranın təravəti günbəgün çoxalmaq üzrədir?"

İmam Sadiq (ə) onun cavabında buyurur:

لان الله تبازک وتعالی لم یجعله لزمان دون زمان و لالناس دون ناس, فهو فی کل زمان جدید وعند کل قوم غض الی یوم القیامه.

"Çünki Allah Taala onu yalnız müəyyən bir zaman və müəyyən bir millət üçün göndərməmişdir. Elə buna görədə Quran Qiyamət gününədək hər bir zamanda və hər bir millət üçün yeni olacaqdır".2

Bütün bunlarda məqsədimiz budur ki, Qurani-Kərimin bir çox ayələri müəyyən bir şəxslər, günlər və ya millətlər barəsində nazil olub, zahirdə yalnız onlardan söz açsa da, qeyd olunan hədislərə əsasən Qurani-Kərimin bir çox ayələrini yalnız haqqında nazil olmuş müəyyən hadisələrə aid etmək heç də düzgün deyildir. Çünki Quran ayələri bundan əlavə bütün zamanlara da aiddir.

İmam Sadiqin (ə) şəhadəti ildönümü münasbəti ilə bütün müsəlmanlara təsliyət deyirik Allah-Taladan arzu edirik bizləri Qurani-Kərimdən və Əhli-Beytdən (ə) ayı salmasın.

Müəllif: İlahiyatçı Safquliyev Elçin

Mətni səsləndirdi: ELÇİN SAFQULİYEV
You must have the Adobe Flash Player installed to view this player.


1. "Biharul-ənvar" cild.35, səh. 404, həd. 21

2. "Biharul-ənvar" cild.35, səh. 15

Tags: QURAN

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!