NƏHC-ül-BƏLAĞƏ-69-CU XÜTBƏ

:

İmam (əleyhis-salam) mübarək başına qılınc vurulduğu gün (Hicrətin qırxıncı ili, Ramazan ayının on doqquzu) gecə yarını keçdikdə (sübh açılarkən) buyurdu:

(Əbdür-Rəhman ibn Mülcəm Muradinin vurduğu zərbə nəticəsində Ramazan ayının iyirmi biri gecənin əvvəlində o Həzrət vəfat etdi.) Oturmuşdum, məni yuxu basdı, Allahın Rəsulunu (səlləlahu əleyhi və alih) gördüm. Dedim ki; Ya Rəsulullah, sənin ümmətindən çoxlu əyrilik (itaətsizlik) və düşmənçilik gördüm. Buyurdu ki, onlara qarğış et! Mən də dedim: Pərvərdigara, onlardan yaxşılarını mənə inayət et və onlara isə mənim əvəzimə ən pis şəxsi yetir. (O Həzrətin duası qəbul oldu. Həccac onlara hakim oldu və cürbəcür zülm və sitəm edərək onları zəlilliyə və bədbəxtliyə düçar etdi.)
(Seyid Rəzi buyurur:) O Həzrətin أَوَدِ (əvədi) kəlməsindən məqsədi اِعْوِجاج (əyrilik və nadürüstlük), لَدَدِ (lədədi) kəlməsindən məqsədi isə خِصام (düşmənçilik)-dır və bu, çox fəsahətli kəlamlardandır.

وَ مِنْ كَلامٍ لهُ عليه السلام
(و قال عليه السلام في سحرة اليوم الذي ضرب فيه)
 مَلَكَتْني عَيْنِي وَ أَنَا جَالِسٌ، فَسَنَحَ ليَ رَسُولُ اللَّهِ صلى الله عليه وآله وسلم، فَقُلْتُ: يَا رَسولَ اللَّهِ، مَاذَا لَقِيتُ مِنْ أُمَّتِكَ مِنَ الْأَوَدِ وَ اللَّدَدِ؟ فَقَالَ: »ادْعُ عَلَيْهِمْ« فَقُلْتُ: أَبْدَلَني اللَّهُ بِهِمْ خَيْراً مِنْهُمْ، وَ أبْدَلَهُمْ بِي شَرًّا لَهُمْ مِنّي

 

Ardı var...

70-Cİ XÜTBƏNİ BURADAN OXUYUN

 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!