NƏHC-ül-BƏLAĞƏ-68-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın öz səhabələrini (Şam əhli, yəni, Müaviyənin qoşunu ilə döyüşə hazırlaşmadıqlarına görə) qınadığı kəlamlarındandır.

Yükün ağırlığı donqarını əzən cavan dəvələrlə yol gedilən kimi (Allah yolunda cihada hazır olmadığınıza görə) nə vaxta qədər sizinlə yola gedim,1  dalbadal cırılan, bir yerini tikdikdə başqa tərəfdən sökülən paltarlar kimi rəftar edim? (Sizləri hər tərəfdən yığıb, müharibəyə hazırlayıram, yenə də dağılırsınız.) Şam əhlinin qoşunundan bir dəstə sizlərə yaxınlaşdıqda, hər bir kişiniz (azacıq səs eşitdikdə, öz yuvalarına qaçan) kərtənkələ və kaftar öz yuvalarında gizlənən kimi (qorxudan) evlərinizin qapısını bağlayıb, bir guşəsində gizlənirsiniz. Allaha and olsun, sizin kömək göstərdiyiniz şəxs (döyüşdə) zəlil və xardır (çünki ağıllı və igid deyilsiniz). Sizlərin köməyilə (düşmənə doğru) ox atan (düşmənin irəliləməsinə mane olmaq istəsə) ucsuz, başı sınıq ox atmışdır (belə oxun faydası olmadığı kimi, düşməni dəf etməkdə və məğlub etməkdə də sizin heç bir faydanız yoxdur). And olsun Allaha, sizlər evlərinizdə çox, bayraqların (cihad bayraqlarının) altında isə azsınız (evlərinizdə olarkən yığışıb mənasız sözlər danışır, ancaq düşmənlə döyüşmək üçün yığılmırsınız). Mən sizləri islah edib (düşmənlə döyüşə hazırlayan) və əyriliyinizi düzəldən (itaətcil edən) şeyi bilirəm.2 Ancaq, Allaha and olsun ki, özümü puç və zay etməklə sizi islah etməyi caiz bilmirəm. (Çünki bu yolla islah etmək mənim ilahi əzaba düşməyimə səbəb olar və mən buna razı deyiləm.) Allah üzünüzü qara etsin (mənim öyüd-nəsihətlərimi qəbul etməyə layiq olmadığınıza görə əzaba düçar olun), bəhrə və nəsibinizi az etsin (axirətdə bədbəxt olacağınız kimi, dünyada da bədbəxt olun, çünki) batillə tanış olduğunuz (ona itaət etdiyiniz) qədər, haqqı tapmırsınız (ilahi hökmlərə əməl etmirsiniz). Haqqı və həqiqəti batil etdiyiniz qədər batili məhv etmək niyyətində deyilsiniz (doğru yola qədəm qoymur, həmişə batil yolda olursunuz.

 وَ مِنْ كَلامٍ لهُ عليه السلام
(فى توبيخ بعض أصحابه)
 كَمْ أَدَارِيكُمْ كَمَا تَدَارَى الْبِكَارُ الْعَمِدَةُ، وَ الثّيَابُ الْمُتَدَاعِيَةُ كُلَّمَا حِيصَتْ مِنْ جَانِبٍ تَهِتَّكَتْ مِنْ آخَرَ، كُلَّما أَطَلَّ عَلَيْكُمْ مَنْسِرٌ مِنْ مَناسِرِ أَهْلِ الشَّامِ أَغْلَقَ كُلُّ رَجُلٍ مِنْكُمْ بَابَهُ،وَ انْجَحَرَ انْجِحَارَ الضَّبَّةِ فِي جُحْرِها، وَ الضَّبُعِ فِي وِجَارِهَا. الذَّلِيلُ وَ اللَّهِ مَنْ نَصَرْتُمُوهُ! وَ مَنْ رُمِيَ بِكُمْ فَقَدْرُمِيَ بَأَفْوَقَ ناصِلٍ. إِنَّكُمْ - وَ اللَّهِ - لَكَثِيرٌ فِي الْبَاحَاتِ، قَلِيلٌ تَحْتَ الرَّايَاتِ، وَ إِنِّي لَعَالِمٌ بِمَا يُصْلِحُكُمْ، وَ يُقِيمُ أَوَدَكُمْ، وَ لكِنِّي لا أَرَى إصْلاَحَكُمْ بِإِفْسَادِ نَفْسِي. أَضْرَعَ اللَّهُ خُدُودَكُمْ، وَ أَتْعَسَ جُدُوْدَكُمْ! لاَ تَعْرِفُونَ الْحَقَّ كَمَعْرِفَتِكُمُ الْبَاطِلَ، وَ لاَ تُبْطِلُونَ الْبَاطِلَ كَإِبْطَالِكُمُ الْحَقَّ

 

Ardı var...

69-CU XÜTBƏNİ BURADAN OXUYUN


1. Siz də dördayaqlılar kimi ağılsızsınız. Buna görə də dözümsüzlükdən müharibənin çətinliklərinə sinə gərmir, düşmənin qarşısını almırsınız.
2. Öz məqsədlərimə çatmaq üçün zülmkarlar kimi sizlərdən bəzilərini öldürə və ya həbs edə bilirəm ki, başqaları ibrət götürüb, qorxularından mənə itaət etsinlər.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!