NƏHC-ül-BƏLAĞƏ - 158-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (camaatla mehribanlıq və ünsiyyət barədə buyurduğu) xütbələrindəndir.

Mən sizlər üçün yaxşı yoldaş və tərəf müqabili olub sizi öz səylərimlə arxadan qorudum. (Gələcək pozğunluqdan və hadisələrdən xəbərdar etdim ki, özünüzü onlara düçar etməyəsiniz.) Sizləri zillət, xarlıq kəndirlərindən və zülm, sitəm zəncirlərindən (çirkin olmaqdan) xilas etdim. Bu (sizlərin etdiyiniz) az sayda yaxşılıqların müqabilində təşəkkür etdiyimə, mənim yanımda törətdiyiniz və gözlərimlə gördüyüm çoxlu çirkin işlərinizə göz yummağıma görədir.1

ومن خطبة له عليه السلام 

يبيّن فيها حسن معاملته لرعيّته 

وَلَقَدْ أَحْسَنْتُ جِوَارَکُمْ، وَأَحَطْتُ بِجُهْدِي مِنْ وَرَائِکُمْ، وَأَعْتَقْتُکُمْ مِنْ رَبَقِ الذُّلِّ، وَحَلَقِ الضَّيْمِ، شُکْراً مِنِّي لِلْبِرِّ الْقَلِيلِ، وَإِطْرَاقاً عَمَّا أَدْرَکَهُ الْبَصَرُ، وَشَهِدَهُ الْبَدَنُ، مِنَ الْمُنْکَرِ الْکَثِيرِ.

Ardı var...

159-CU XÜTBƏNİ BURADAN OXUYUN


1. Çünki hökmdarın yaxşı insanları mükafatlandırmaq və pis əməl sahiblərini bağışlamaqdan başqa çarəsi yoxdur.

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!