NƏHC-ül-BƏLAĞƏ - 129-CU XÜTBƏ

:

İmam Əli əleyhis-salamın peymanələr və tərəzilər barədə xütbəsidir:1

Ey Allah bəndələri! Siz və sizin bu dünyadakı arzularınız qalacağı müddət bəlli olan qonaq və borc sahibinin alacağını (borcunu) sizdən tələb etdiyi borclularsınız. Qonaq qalmağınızın müddəti qısa, borclarınız isə (yazanların yanında) qorunan əməllərdir. (İbadət və bəndəlikdir.) Nə çoxdur bir əməldə çalışan və (onu) zay edən (riyakarlar kimi). Nə çoxdur əziyyət çəkən və zərər görən (Xəvaric və Nəvasib tək). Siz xeyir və yaxşılığın arxa çevirdiyi, şər və pisliyin üz tutduğu, şeytanın insanları həlak və puç etməyə tamarzıdığı bir ruzigarda vaqe olmusunuz. İndi onun iş alətlərinin gücləndiyi, məkr və hiyləsinin hər yana yol tapdığı, ovunun asanlaşdığı bir vaxtdır. Camaata istədiyin hər bir yerdə düzgün nəzər sal: kasıbçılıq və fəqirlikdən əziyyət çəkməyən yoxsul (dözümü yoxdur və Allahın istəyinə razı deyil), Allahın nemətinə görə şükr edən, küfrə varmayan varlı, öz varidatını artırmaq üçün Allahın malına xəsislik etməyən, xəsis qulağı öyüd-nəsihət eşitməmək üçün ağırlaşmayan asi və dikbaş kimsəni görərsənmi? Haradadır sizin yaxşı və ləyaqətliləriniz, azad insanlarınız və kəramət sahibləriniz? Haradadır alış-verişdə pərhizkar, yolları pak olanlarınız? Hamısı bu alçaq dünyadan və əziyyət, bədbəxtlik sarayından tələsik köçmədilərmi? Siz məgər alçaqlıqlarına, ləyaqətsizliklərinə və adları çəkilməyə layiq olmadıqlarına görə onları pisləyib qınamağa dodaqların belə gəlmədiyi pis ovuntu kimi olan camaat arasında canişin olmusunuz? (Elə yaxşı insanların canişini olan sizlər o qədər rəzil və alçaq olacaqsınız ki, adınızı çəkmək üçün sizləri danlamağa belə layiq deyilsiniz. Belə bir müsibətdə deməliyəm ki,) إِنّا ِللهِ وَ إِنّا إِلَيْهِ راجِعُونَ Yəni, biz hamımız Allahın bəndələri, qullarıyıq və Onun hökmünə, fərmanına doğru qayıdacağıq. Fəsad və pozğunluq aşkar olmuşdur (yaxşı işlər qadağan, qadağalar əmr olunub). Bunu dəyişdirəcək bir kimsə, nə də bunu qadağan edəcək şəxs yoxdur!! (Yaxşı işə dəvət etmir və pis işdən çəkindirmirlər.) Bu minvalla da cənnətdə, Allahın rəhmətinin sayəsində və Onun ən dəyərli dostlarından olmaq istəyirsiniz? Sizin düşüncələriniz nə qədər uzaq və nadürüstdür!! Allahı Onun cənnətinə getmək üçün (çirkin işlər görüb «rəhmli, kərəmli və bağışlayandır» deməklə) aldatmaq olmaz. Onun razılığı itaət və bəndəlikdən başqa heç nə ilə qazanılmaz. Allah lə’nət etsin, (Allahın rəhməti onlardan uzaq olsun) yaxşı işlərə əmr edib özü onları yerinə yetirməyənlər və pis işlərdən çəkindirib özü belə işləri görənlərə.

ومن خطبة له عليه السلام 

في ذکر المکاييل والموازين 

عِبَادَ اللهِ، إِنَّکُمْ ـ وَمَا تَأْمُلُونَ مِنْ هذِهِ الدُّنْيَا ـ أَثْوِيَاءُ مُؤَجَّلُونَ، وَمَدِينُونَ مُقْتَضَوْنَ: أَجَلٌ مَنْقُوصٌ، وَعَمَلٌ مَحْفُوظٌ، فَرُبَّ دَائِبٍ مُضَيَّعٌ، وَرُبَّ کَادِحٍ خَاسِرٌ. وَ قَدْ أَصْبَحْتُمْ فِي زَمَنٍ لاَ يَزْدَادُ الْخَيْرُ فِيهِ إِلاَّ إِدْبَاراً، وَالشَّرُّ فِيهِ إِلاَّ إِقْبَالاً، وَلَا الشَّيْطَانُ فِي هَلاَکِ النَّاسِ إِلاَّ طَمَعاً، فَهذا أَوَانٌ قَوِيَتْ عُدَّتُهُ، وَعَمَّتْ مَکِيدَتُهُ، وَأَمْکَنَتْ فَرِيسَتُهُ. اضْرِبْ بِطَرْفِکَ حَيْثُ شِئْتَ مِنَ النَّاسِ، فَهَلْ تُبْصِرُ إِلاَّ فَقِيراً يُکَابِدُ فَقْراً، أَوْ غَنِيّاً بَدَّلَ نِعْمَةَ اللهِ کُفْراً، أَوْ بَخِيلاً اتَّخَذَ الْبُخْلَ بِحَقِّ اللهِ وَفْراً، أَوْ مُتَمَرِّداً کَأَنَّ بِأُذُنِهِ عَنْ سَمْعِ الْموَاعِظِ وَقْراً! أَيْنَ خِيارُکُمْ وَصُلَحَاؤُکُمْ! وَأَيْنَ أَحْرَارُکُمْ وَسُمَحَاؤُکُمْ! وَأَيْنَ الْمُتَوَرِّعُونَ في مَکَاسِبِهِمْ، والْمُتَنَزِّهُونَ فِي مَذَاهِبِهمْ! أَلَيْسَ قَدْ ظَعَنُوا جَمِيعاً عَنْ هذِهِ الدُّنْيَا الدَّنِيَّةِ، وَالْعَاجِلَةِ المُنَغِّصَةِ، وَهَلْ خُلِّفْتُمْ إِلاَّ فِي حُثَالَةٍ لاَ تَلْتَقِي أِلَّا بِذَمِّهِمْ الشَّفَتَانِ، اسْتِصْغَاراً لِقَدْرِهِمْ، وَذَهَاباً عَنْ ذِکْرِهِمْ؟! فَـ (إِنَّا للهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ)، (ظَهَرَ الْفَسَادُ) فَلاَ مُنْکِرٌ مُغَيِّرٌ، وَلاَ زَاجرٌ مُزْدَجِرٌ. أَفَبِهذَا تُرِيدُونَ أَنْ تُجَاوِرُوا اللهَ فِي دَارِ قُدْسِهِ، وَتَکُونُوا أَعَزَّ أَوْلِيَائِهِ عِنْدَهُ؟ هَيْهَاتَ! لاَ يُخْدَعُ اللهُ عَنْ جَنَّتِهِ، وَلاَ تُنَالُ مَرْضَاتُهُ إِلاَّ بِطَاعَتِهِ. لَعَنَ اللهُ الْأَمِرِينَ بِالْمَعْرُوفِ التَّارِکِينَ لَهُ، وَالنَّاهِينَ عَنِ المُنکَرِ الْعَامِلِينَ بِهِ!

Ardı var...

130-CU XÜTBƏNİ BURADAN OXUYUN


 1. Ancaq xütbədə bu barədə bir şey deyilməmişdir. Səbəbi bəlkə də bu ola bilər ki, Seyyid Rəzi əleyhir-rəhmənin metodu İmam əleyhis-salamın bütün buyurduqlarını deyil, ondan seçmələri qeyd etmək olduğu üçün bu başlığa aid hissəni ixtisara salmışdır. Bəlkə də heç Seyyid Rəzi mətnə toxunmayıb və xütbənin başlığı «haradadırlar öz ticarət və alış-verişlərində pərhizkarlar, öz əməllərini bəzəyən paklar» أَيْنَ الْمُتَوَرِّعُونَ فِى مَكاسِبِهِمْ وَ الْمُتَنَزِّهُونَ فِى مَذاهِبِهِمْ   cümləsindən götürülmüşdür. Ola bilər ki, camaatın çəkidə aldadılmağı və bu çirkin işin geniş yayıldığı barədə Həzrətin yanında söz düşmüş, Həzrət isə bu xütbəni buyurmuşdur.

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!