NƏHC-ül-BƏLAĞƏ - 116-CI XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (öz səhabələrini məzəmmət etdiyi) kəlamlarındandır.

(Siz son dərəcə paxıl və xəsissiniz. Bu səbəbdən də) malları onları (məxluqlara) ruzi qərar verən üçün bağışlamır (kasıblara və zəiflərə ehsan etmirsiniz). Canları onu yaradanın yolunda təhlükəyə salmırsınız (özünüzü Allah yolunda cihada hazırlamırsınız). Allahın dininin səbəbinə Onun bəndələrinin yanında əziz, hörmətlisiniz, amma Allahı bəndələrinin yanında əziz tutmursunuz (Onun əmr və qadağalarına əməl etmirsiniz). Elə isə sizdən əvvəl olmuşların mənzillərində qərar tapmağınızdan, ən yaxın qardaş və dostlarınızdan ayrılmağınızdan ibrət götürün (ki, siz də onlar kimi bu dünyadan gedəcək və əməllərinizin cəzasına çatacaqsınız)1

ومن کلام له عليه السلام 

يوبخ البخلاء بالمال والنفس 

فَلاَ أَمْوَالَ بَذَلُْتموهَا لِلَّذِي رَزَقَهَا، وَلاَ أَنْفُسَ خَاطَرْتُمْ بِهَا لِلَّذِي خَلَقَهَا، تَکْرُمُونَ بِاللهِ عَلَي عِبَادِهِ، وَلاَ تُکْرِمُونَ اللهَ فِي عِبَادِهِ! فَاعْتَبِرُوا بِنُزُولِکُمْ مَنَازِلَ مَنْ کَانَ قَبْلَکُمْ، وَانْقِطَاعِکُمْ عَنْ أَوْصَلِ إِخْوَانِکُمْ!

Ardı var...

117-Cİ XÜTBƏNİ BURADAN OXUYUN


 1. Qur’ani-Kərimin İbrahim surəsinin 45-ci ayəsində də belə buyurulur: «وَسَكَنتُمْ فِي مَسَـاكِنِ الَّذِينَ ظَلَمُواْ أَنفُسَهُمْ وَتَبَيَّنَ لَكُمْ كَيْفَ فَعَلْنَا بِهِمْ وَضَرَبْنَا لَكُمُ الأَمْثَالَ» «Siz özlərinə zülm edənlərin, «ilahi göstərişə uyğun rəftar etməyənlərin» yurdlarında sakin oldunuz, onların başına nələr gətirdiyimiz və necə həlak etdiyimiz də sizə bəlli oldu. Bu barədə sizin üçün məsəllər də çəkdik ki, ibrət alasınız».

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!