NƏHC-ül-BƏLAĞƏ - 78-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın Xəvariclə döyüşə gedərkən bəzi səhabələrinə (Əş’əs ibn Qeysin qardaşı Əfifə) buyurduğu kəlamlardandır.

O, Həzrətə ərz etmişdi:
Ey Əmirəl-möminin, (Xəvaricin üstünə) bu vaxt yola düşsən, qorxuram ki, zəfər çalmayasan və öz məqsədinə çatmayasan. Bu xəbəri nücum elmindən əldə etmişəm.
Həzrət buyurdu: Həmin saatda yola çıxanların bəla və pisliklərdən uzaq olduğu hər hansı bir saat göstərə biləcəyini güman edirsən? O saatda səfərə çıxanların ziyan və çətinliklə üzləşəcəyi bir saatdanmı çəkindirirsən? Kimsə sənin bu sözlərinə inanarsa Qur’anı yalan sanar,1 İstədiyini əldə etmək və istəmədiklərindən uzaqlaşmaq üçün Allahdan kömək istəməyə ehtiyacı qalmaz. Sənin sözlərindən belə çıxır ki, göstərişinə uyğun rəftar edən kəs Allahına deyil sənə həmd və şükr etməlidir. Çünki güman edirsən ki, onu xeyir götürdüyü, ziyandan amanda qaldığı saata yönəldən sənsən.
Bu sözlərdən sonra Həzrət üzünü camaata tutaraq dedi:
Ey camaat, onunla biyabanda və dənizdə yolu tapmaq (səfərdə yolları bilmək, ibadət vaxtlarını öyrənmək, qibləni təyin etmək, gəminin yolunu müəyyənləşdirmək və s. kimi işlər) üçün lazım olan (ehtiyacınız olan qədər) həddi çıxmaqla, nücum elmini öyrənməkdən çəkinin.2 Çünki nücumu öyrənmək kahinilk və qeybdən xəbər verməklə nəticələnər.Münəccim kahin kimi, kahin isə sehrkar4 kafir kimidir. Kafir (cəzası) oddadır (əzab çəkməkdir). (Buna görə də münəccimin sözlərinə və əməllərinə inanmayın.) Allahın adının köməkliyi və yoldaşlığı ilə səfərə çıxın.5

 

وَ مِنْ كَلام لَهُ عَلَيْهِ السَّلامُ

- قالَهُ لِبَعْضِ اَصْحابِهِ لَمّا عَزَمَ عَلَى الْمَسيرِ اِلَى الْخَوارِجِ، وَ قَدْ قالَ لَهُ: يا اَميرَ الْمُؤْمِنينَ، اِنْ سِرْتَ فى هذَا الْوَقْتِ خَشيتُ اَنْ لاتَظْفَرَ بِمُرادِكَ مِنْ طَريقِ عِلْمِ النُّجُومِ! فَقالَ عَلَيْهِ السّلامُ: - اَتَزْعُمُ اَنَّكَ تَهْدى اِلَى السّاعَةِ الَّتى مَنْ سارَ فيها صُرِفَ عَنْهُ السُّوءُ؟ وَ تُخَوِّفُ مِنَ السَّاعَةِ الَّتى مَنْ سارَ فيها حاقَ بِهِ الضُّرُّ؟ فَمَنْ صَدَّقَكَ بِهذا فَقَدْ كَذَّبَ الْقُرْآنَ، وَ اسْتَغْنى عَنِ الْاِعانَةِ بِاللّهِ فى نَيْلِ الْمَحْبُوبِ، وَ دَفْعِ الْمَكْرُوهِ. وَ يَنْبَغى فى قَوْلِكَ لِلْعامِلِ بِاَمْرِكَ اَنْ يُولِيَكَ الْحَمْدَ دُونَ رَبِّهِ، لِاَنَّكَ بِزَعْمِكَ اَنْتَ هَدَيْتَهُ اِلَى السّاعَةِ الَّتى نالَ فيهَا النَّفْعَ، وَ اَمِنَ الضُّرّ. - ثُمَّ اَقْبَلَ عَلَيْهِ السّلامُ عَلَى النّاسِ فَقالَ: - اَيُّها النّاسُ، اِيّاكُمْ وَ تَعَلُّمَ النُّجُومِ اِلاّ ما يُهْتَدى بِهِ فى بَرٍّ اَوْ بَحْر، فَاِنَّها تَدْعُو اِلَى الْكَهانَةِ، وَالْمُنَجِّمُ كَالْكاهِنِ، وَالْكاهِنُ كَالسّاحِرِ، وَالسّاحِرُ كَالْكافِرِ، وَ الكافِرُ فِى النّارِ. سِيرُوا عَلَى اسْمِ اللّهِ.

Ardı var...

79-CU XÜTBƏNİ BURADAN OXUYUN


1.  Qur’ani-Kərimin Nəml surəsinin 65-ci ayəsində buyurulur: «قُل لَّا يَعْلَمُ مَن فِي السَّمَاوَاتِ وَالْأَرْضِ الْغَيْبَ إِلَّا اللَّهُ» «De ki, Allahdan başqa göylərdə və yerdə olan heç kəs qeybi bilməz».

2. Qur’ani-Kərimin Ən’am surəsinin 97-ci ayəsində buyurulduğu kimi: «وَهُوَ الَّذِي جَعَلَ لَكُمُ النُّجُومَ لِتَهْتَدُواْ بِهَا فِي ظُلُمَاتِ الْبَرِّ وَالْبَحْرِ قَدْ فَصَّلْنَا الآيَاتِ لِقَوْمٍ يَعْلَمُونَ» Biyabanın və dənizin zülmətində (yol tapmaq)  üçün ulduzları da sizin üçün yaradan Odur. Biz Öz qüdrət nişanələrimizi anlayan bir camaat üçün bəyan etdik».

3. Kahinlik elə bir peşədir ki, ona yiyələnənlər cinlərin köməyilə qeybdən xəbər verir, camaatın arasında fitnə-fəsad salırlar. Qeybdən xəbər verməsi, ulduzların xeyir-ziyanla, uğurlu və nəhs günlərlə əlaqələndirilməsi, camaatın Allaha ümidini itirməsi, öz əməlinə və sözlərinə ümidvar etməsi, bunların düzgünlüyünə inandırması baxımdan münəccimin işi kahin bir kimsənin əməli və etiqadı ilə eynidir. Deməli, özünün azğınlığı və başqalarını azdırmaq baxımdan.

4. Sehr sehrkarın dediyi söz, ya yazdığı tilsimdir ki, bununla ərlə arvad, eləcə də dostlar arasında ayrılıq salır, onları bir-birinə düşmən etmək kimi ziyanlar vurur.

5. Əlbəttə, Haqq-təala səfərin ziyanını sizdən uzaqlaşdıracaqdır. Həzrət həmin saat Xəvariclə döyüşə yollandı və qələbə qazandı. Bu sözün özü, münəccimlərin sözünün səhv olduğunu göstərən ən böyük dəlildir.

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!