NƏHC-ül-BƏLAĞƏ - 74-CÜ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın Bəni-Üməyyənin onu, Osmanın qətlində iştirakda ittiham etmələrini eşitdikdə buyurduğu kəlamlarındandır.

Bəni-Üməyyənin məni tanıması onları məndə eyb axtarmaqdan çəkindirmədimi? İslamdakı keçmişim nadanların məni ittiham etmələrinin qarşısını almadımı?1 (Mənim sözlərimin bu camaata təsiri olmayacaq, çünki) Allah-təalanın nəsihət olaraq buyurduğu2 mənim dilimdən (sözlərimdən) daha bəlağətli və gözəldir. (Bununla belə təsiri olmadı.) Mən dindən çıxanlara dəlil gətirir, dinə şübhə edənlərlə isə düşmənçilik edirəm. (Mənim dəlil və sübutlarımdan biri də budur ki, məni Osmanın qanının tökülməsində şərik bilməkləri tək) haqqa oxşar işlər Qur’ani-Kərimlə tutuşdurular.3 Allah bəndələri öz sinələrində olanlara uyğun cəzalandıracaqdır.4

 وَ مِنْ كَلام لَهُ عَلَيْهِ السَّلامُ

لَمّا بَلَغَهُ اتِّهامُ بَنى اُمَيَّةَ لَهُ بِالْمُشارَكَةِ فى دَمِ عُثْمانَ اَوَلَمْ يَنْهَ بَنى اُمَيَّةَ عِلْمُها بى عَنْ قَرْفى؟ اَ وَ ما وَزَعَ الْجُهّالَ سابِقَتى عَنْ تُهْمَتى؟ وَ لَما وَعَظَهُمُ اللّهُ بِهِ اَبْلَغُ مِنْ لِسانى. اَنَاحَجيجُ الْمارِقينَ، وَ خَصيمُ الْمُرْتابينَ. وَ عَلى كِتابِ اللّهِ تُعْرَضُ الاَمْثالُ، وَ بِما فِى الصُّدُورِ تُجازَى الْعِبادُ.


 1. Bəni-Üməyyə sözlərimdə və əməlimdə nifaq, ikiüzlülük olmadığına əmin olduqları halda, nəyə görə məni ittiham edib deyirlər ki, Osmanın qətlinin təşkilatçısı mən olmuşam, üzdə bir iş görməsəm də, gizlində camaatı onu öldürməyə vadar etmişəm. Onlar bilmirlərmi ki, mən söz deməkdə və əməldə heç kimdən qorxmuram? Əgər Osmanı öldürmək istəsəydim, bunu gizlində etməzdim və aşkarda onun qatillərinə yoldaş olardım.

2. Qur’ani-Kərimin Hucurat surəsinin 12-ci ayəsində buyurulur: «يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اجْتَنِبُوا كَثِيرًا مِّنَ الظَّنِّ إِنَّ بَعْضَ الظَّنِّ إِثْمٌ وَلَا تَجَسَّسُوا وَلَا يَغْتَب بَّعْضُكُم بَعْضًا أَيُحِبُّ أَحَدُكُمْ أَن يَأْكُلَ لَحْمَ أَخِيهِ مَيْتًا فَكَرِهْتُمُوهُ وَاتَّقُوا اللَّهَ إِنَّ اللَّهَ تَوَّابٌ رَّحِيمٌ» Ey Allaha və Peyğəmbərə iman gətirənlər. Çox zənnə-gümana qapılmayın. Şübhəsiz ki, zənlərin bəzisi günahdır. Bir-birinizin eybini, sirrini arayıb-axtarmayın. Bir-birinizin qeybətini etməyin (yəni, başqasının dalınca danışmayın). Sizdən biriniz öz ölmüş qardaşının və dindaşının ətini yeməyə razı olarmı? Xeyr. Bu sizdə ikrah hissi oyadar. Ölmüş qardaşınızın ətini yeməkdən ikrah etdiyiniz kimi, onun qeybətini etməkdən də çəkinin. Allahdan qorxun, qeybət etmisinizsə, tövbə edin, Allah günahları bağışlayan və mehribandır. Əhzab surəsinin 58-ci ayəsində buyurulduğu kimi: «وَالَّذِينَ يُؤْذُونَ الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ بِغَيْرِ مَا اكْتَسَبُوا فَقَدِ احْتَمَلُوا بُهْتَانًا وَإِثْمًا مُّبِينًا» Mömin kişiləri və qadınları incidilməyə layiq bir iş görmədikləri halda incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan, iftira və açıq-aydın bir günah götürmüşlər.

3. Deməli, onu öldürənlərlə bir yerdə olmadığım və onun qətlinin təşkilatçılarından heç kimin bu işdə iştirak etməyimi demədikləri halda, əgər Allahın kitabının hər hansı bir ayəsi Osmanın qatili olmağıma dəlalət edirsə, siz ona uyğun hökm çıxararaq, mənə qarşı elə rəftar edin.

4. Çünki siz ürəyinizdə xəlifəliyi, əmirliyi ələ keçirməyi arzuladığınıza görə, Osmanın qanını almağı bəhanəyə çevirərək camaatı aldatmaq üçün məni ittiham edirsiniz. Belə isə, Qiyamətdə öz sözlərinizin cəzasına çatacaqsınız.

Ardı var...

75-Cİ XÜTBƏNİ BURADAN OXUYUN

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!