NƏHC-ül-BƏLAĞƏ - 73-CÜ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın camaatın Osmana bey’ət etmək əzmində olduğu vaxt buyurduğu kəlamlarındandır.

Siz bilirsiniz ki, xəlifəliyə mən hamıdan daha layiqli və hamıdan daha üstünəm. (Bununla belə, onu xəlifə seçirsiniz.) Allaha and olsun, müsəlmanların işləri nizam-intizamla davam edənədək (onların arasında fitnə-fəsad qopmayanadək) və başqasının xilafəti zamanında məndən başqasına zülm olunmayanadək xəlifəliyi (başqasına) buraxıram. (Öz haqqımı tələb etmir, ona göz yumuram.) Bu, (Haqq-təalanın məzlumlara əta etdiyi) əcr və savabı əldə etməyə, sizin vurğunu olduğunuz dünya malına, zinətinə (başçılıq və rəhbərliyə) rəğbətim olmadığına görədir.1

 

وَ مِنْ كَلام لَهُ عَلَيْهِ السَّلامُ

لَمّا عَزَمُوا عَلى بَيْعَةِ عُثْمانَ

لَقَدْ عَلِمْتُمْ اَنِّى اَحَقُّ النّاسِ بِها مِنْ غَيْرى. وَ وَاللّهِ لِاُسَلِّمَنَّ

ما سَلِمَتْ اُمُورُ الْمُسْلِمينَ وَ لَمْ يَكُنْ فيها جَوْرٌ اِلاّ عَلَىَّ خاصَّةً،

الْتِماساً لِاَجْرِ ذلِكَ وَ فَضْلِهِ، وَ زُهْداً فيما تَنافَسْتُمُوهُ مِنْ زُخْرُفِهِ وَ زِبْرِجِهِ.


 

1. Mən xəlifəliyi ona layiq olmayan kimsəyə buraxıram ki, dünyada böyüklük və rəhbərlik qazanmaq niyyətində olmadığımı bilsinlər. Bu sözlərim höccətin tamam olması və azğınları doğru yola yönəltmək üçündür.

Ardı var...

74-CÜ XÜTBƏNI BURADAN OXUYUN

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!