HƏZRƏT İMAM MUSEYİ KAZIMIN (ə) ŞƏRABIN HARAM OLMASINI QURAN AYƏSİ İLƏ SÜBUT ETMƏSİ

:

Xəlifə Mehdinin Mədinədə İmam Kazim (ə) ilə söhbətini onun şiəliyə qarşı sərt mövqeyinə nümunə göstərmək olar. Xəlifə olduğu illərdə Mehdi Abbas bir dəfə Mədinəyə gələrək Allah Rəsulunun (s) məzarıni ziyarət etdikdən sonra İmam Kazimlə (ə) görüşür. O, (nə qədər gülünc görünsə də) İmamın (ə) elmini sinağa çəkmək məqsədilə, Qurani-Məciddə şərabın haram olub-olmaması məsələsini ortaya ataraq soruşur: "Sizcə, şərab Qurani-Kərimdə haram edilibmi? Sualının ardınca isə bu sözləri əlavə edir: "Çoxları bunu bilir ki, Allah Öz kitabında şərab içməyi gadağan edibdir. Lakin bu qadağanın "haram" mənasını ifadə etdiyini bilmirlər."

İmam (ə) cavabında buyurur: "Bəli, Qurani-Məciddə şərabın haramlığı acıg-aşkar bəyan olunub." Xəlifə "Qurani-Kərimin hansi ayəsində?- deyə soruşduqda, İmam (ə) buyurur: "Allah-Təala Peyğəmbərinə (s) buyurur: "De, mənim Rəbbim pis əməlləri - istər aşkarda, istərsə də gizlində, həmçinin "ism" (günah) və haqsizlıqla edilən zülmü haram buyurmuşdur..."1 Sonra İmam Kazim (ə) bu ayədə haram buyurulan daha bir neçə əməli açiqlayır va buyurur: "Bu ayədə Uca Yaradanın haram etdiyi "اثم- ism" məhz şərabdır, çünki Allah-Təala başqa bir ayədə buyurur: "Səndən şarab va qumar barəsində soruşurlar. De ki, onlarda böyük günah (ismun kəbirun) və camaat üçün xeyirlar var. Günahı isə xeyrindən daha böyükdür..."2 Əraf surəsində açıq şəkilda haram buyurulan "ism", Bəqərə surəsindı şərab və qumarı ifadə edir. Beləliklə, şərab Qurani-Kərimdə aydın şəkildə haram buyurulub.
İmam Kazimin (ə) gətirdiyi bu sübut Mehdini heyrətləndirir və qeyri-ixtiyari olaraq üzünü məclisdə iştirak edən Əli ibn Yəqtinə tutaraq deyir: "And olsun Allaha, bu fətva Haşimi fətvasıdır!" Əli ibn Yəqtin isə ona deyir: "Bu elmi sizə-Peyğəmbər (s) nəslinə bəxş edən Allaha şükür olsun!"3 Mehdi bu sözlərdən bərk narahat olur və nə qədər çətin olsa da, qəzəbini udaraq deyir: "Doğru deyirsən, ey rafizi!"4

Kitabın adı: Məsum İmamların Tarixi
Müəllif:Mehdi Pişvayi
Hazırladı:Rəsul Mahmudzadə


1. Bəqərə surəsi,ayə:219
2. Əraf surəsi,ayə:33
3. Əli ibn Yəqtin bu sözləri ilə,Bəni-Haşim arasında mövcud olan qohumluq əlaqəsinə işarə edərək İmam Kazimin(ə) elminin Mehdi üçün iftixar olduğunu bildirmək istəyirdi
4. Əl-Furu minəl-Kafi,c.6,səh.406

 

Tags: İMAM KAZİM (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!