KƏRBƏLA QƏHRƏMANLIĞI VƏ GƏNC

:

Kərbəlada fədakar gənc nümunəsi kimdir?

Əli Əkbər; İmam Hüseynin (ə) övladı, Bəni-Haşim gəncləri arasında nümunə, həm zahiri, həm batini gözəlliklərə malik olan gənc.Elə bir gənc ki, Hüseyn ibn Əlinin (ə) imamlığına düzgün inancı və bunun yanında qorxmazlığı, fədakarlığı və düşmənin qəddarlığına qarşı mübarizə hazırlığı vardı. Özünün gənclik enerjisini uca məqsədi və amalı üçün xərclədi. Bu çox dəyərli məsələdir. Bu qeyri-adi və nümunə gənc düşmənə sarı getdi, atasının və ondan nigaran olan qadınların gözü qarşısında qana bələşmiş cəsədi çadırlara qayıtdı. Belə bir müsibət və matəm kiçik hadisə deyil. Lakin onun meydana sarı hərəkəti və düşmənlə mübarizəyə hazır olması bir müsəlman üçün izzət, ucalıq, fəxr və qürur təcəssümüdür.

Odur ki, Allah-Taala buyurur: “İzzət Allaha, Onun Rəsuluna və möminlərə məxsusdur”. Hüseyn ibn Əli (ə) də öz növbəsində bu gənci döyüş meydanına göndərməklə mənəvi izzət nümayiş etdirdi. Yəni İslam imaməti ilə tağut şahlığı arasında olan sərhədi ayıran İslam hakimiyyətinin və İslam başucalığının bayrağını möhkəm saxlayır; hətta əziz gəncinin canı bahasına olsa da.

Oğulun inamının və atanın əzəmətinin gözəl cilvəsi
İmam Hüseynin (ə) səhabələrinin və dostlarının hər biri döyüş meydanına gedib vuruşmaq üçün icazə istəyirdilər. İmam onlara tez icazə vermirdi, bəzilərinə mane olurdu, bəzilərinə deyirdi ki, ümumiyyətlə Kərbəladan qayıdın və gedin. O, Bəni-Haşimin və öz səhabələrinin gəncləri ilə belə rəftar edirdi. Lakin sevimli, gənc və əziz övladı olan Əli Əkbər döyüş icazəsi istəyəndə imam bir an da gecikmədən icazə verdi. Burada oğulun inamını və atanın əzəmətini dərk etmək olar. Səhabələr şəhid olana qədər deyirdilər ki, canımızı sizə qurban verəcəyik. Onlar Bəni-Haşimdən - Əmirəl-mömininin (ə), İmam Həsənin (ə) və İmam Hüseynin (ə) övladlarından kiminsə döyüşə çıxmasına icazə vermirdilər, deyirdilər ki, əvvəl biz gedib ölməliyik; əgər bizdən sonra istəsəniz, meydana gedərsiniz.
Növbə Bəni-Haşimin fədakarlığına və şəhidliyinə çatdıqda meydana çıxmaq üçün icazə istəyən birinci şəxs vəzifəsinin nə olduğunu bilən həmin gənc idi. O, Əli Əkbər - imam oğlu və imama hamıdan yaxındır, deməli, fədakarlığa də hamıdan daha layiqdir. Bu da İslam imamətinin bir əlamətidir.
Bura elə bir yer deyil ki, dünyanı, maddi maraqları, iqtisadi qazancları və nəfsi ehtirasları bölsünlər. Burada mücahidlik və çətinlik var. Könüllü surətdə qarşıya çıxan birinci şəxs Əli ibn Hüseyn (ə), yəni Əli Əkbərdir. Bu həmin gəncin inamını göstərir. İmam Hüseyn (ə) də bu işin qarşısında ruhi əzəmətini nümayiş etdirir: icazə istəyən kimi döyüşə getməsinə icazə verir.

Şaban ayının 11-i, Hz. Əli Əkbərin mövlud gününü imanlı cavanlar - MÜSƏLMAN GƏNCLƏR GÜNÜ - kimi qeyd edirlər.

Əli Əkbər əleyhissalamın mübarək təvəllüdü - "Cavanlar günü" münasibətilə müsəlman xalqımızı və məxsusən qeyrətli cavanlarımızı təbrik edirik.

Kitabın adı: Aşura Mehi

Müəlif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei

Tags: ƏHLİ-BEYT (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!