VƏHŞƏT NAMAZI

:

Müstəhəbdir ki, meyyitin dəfn olunduğu ilk gecə onun üçün iki rəkət vəhşət namazı qılsınlar. Onun qılınması qaydası belədir: birinci rəkətdə Həmddən sonra bir dəfə Ayətəl-kürsü, ikinci rəkətdə isə Həmddən sonra on dəfə İnna ənzəlna(Qədr surəsi) Surəsi oxunsun, namazın salamından sonra deyilsin:

اَللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَدٍ وَابعَث ثَواَبَهَا اِلَى قَبرِ فُلاَن1

Allahummə salli alə Muhammədin və Ali Muhamməd vəbəs səvabəhə ilə qəbri filan ibni filan. (Filan ibni filanın yerinə ad deyilir. Məsələn: Əhməd ibn Qərib. Qadındirsa ibn yerinə “binti” deyilir.

Kitabın adı: Allahla razi -niyaz (Məfatehul-Cinandan seçilmiş dualar)


1.İlahi! Məhəmməd və Əhli-Beytinə salam göndər və bu namazın savabını Filan oğlu (və ya qızı) filanın qəbrinə nazil et!

Tags: SUALLARA CAVAB, FİQH

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!