AYƏT NAMAZI

:

Ayət namazını vacib edən şəri səbəblər
Ayət namazı 4 halda vacib olur:

I. Günəş tutulduqda (küsuf), hətta çox az hissəsi tutulsa belə;
II. Ay tutulduqda (xüsuf), hətta çox az hissəsi tutulsa belə;
III. Zəlzələ baş verdikdə;
IV. Camaatın çoxunun qorxuya düşməsinə bais olan bir təbiət hadisəsi baş verdikdə; məsələn, güclü qara küləyin əsməsi, zülmət qaranlığın çökməsi, torpaq sürüşməsinin baş verməsi, güclü ildırım və şimşəyin çaxması və s.
Diqqət:
 Küsuf, xüsuf və zəlzələdən başqa digər təbiət hadisələri camaatın əksəriyyətinin qorxmasına bais olduqda Ayət namazı vacib olur. Əks təqdirdə, yəni, az adam qorxsa və ya heç kim qorxmasa, Ayət namazı vacib olmur.
 Ayət namazı hadisə baş verən şəhərin, məntəqənin əhalisinə vacib olur. Əgər iki şəhər bir-birinə bitişik olduğu üçün bir şəhər kimi tanınsa, Ayət namazı hər iki şəhərin əhalisinə vacib olur.2
 Əgər seysmoloji mərkəz müəyyən bir məntəqədə yeraltı təkanların baş verdiyi, eləcə də onun gücü barədə məlumat versə, lakin həmin
məntəqənin əhalisi zəlzələ baş verdiyi anlarda heç nə hiss etməyibdirlərsə, Ayət namazı vacib olmur.
 Ardıcıl baş verən bir neçə zəlzələ üçün, istər güclü olsun, istərsə də zəif, ayrıca Ayət namazı qılmaq lazımdır.

Ayət namazının qaydası.
Ayət namazı iki rəkətdir və hər rəkətində beş rüku və iki səcdə vardır. Ayət namazını bir neçə qaydada qılmaq olar:
1. Niyyət edib Təkbirətul-ehramı dedikdən sonra Həmd və Surə oxunur və rüku yerinə yetirilir. Daha sonra rükudan qalxıb yenidən Həmd və Surə oxunulur və rüku yerinə yetirilir. Bu qaydada beş rüku yerinə yetirilir və səcdələri yerinə yetirdikdən sonra birinci rəkət tamamlanır.
İkinci rəkət də eynilə bu qaydada qılınır. Namazın sonunda təşəhhüd və salamlar oxunur.
2. Niyyət edib Təkbirətul-ehramı dedikdən sonra Həmd və müəyyən bir surənin bir ayəsi və ya ayənin bir hissəsi oxunulur, sonra rüku yerinə yetirilir. Sonra rükudan qalxıb surənin növbəti ayəsi və ya ardı oxunulur və rüku yerinə yetirilir. Bu qayda ilə beŞ rüku yerinə yetiri-lir. Belə ki, sonuncu rükudan qabaq oxunan surə tamamlanmalıdır. Sonra səcdələr yerinə yetirilir.
Ġkinci rəkət də eynilə bu qaydada qılınır və namazın sonunda təŞəhhüd və salamlar oxunur. Əgər hər rükudan əvvəl surənin bir ayəsi oxunsa, Həmd surəsi rəkətin əvvəlində bir dəfədən artıq oxunmamalıdır.
Diqqət:
• Vacib ehtiyata görə “Bismillahir-rəhmanir-rəhim” surənin bir ayəsi hesab edilməməli və namazqılan təkcə bu ayəni deyib rükuya əyilmə-məlidir.
III. Birinci rəkəti yuxarıda izah olunan iki qaydadan biri Şəklində, ikinci rəkəti isə digər qayda üzrə qılmaq olar.
IV. Birinci rükudan əvvəl bir ayəsi oxunan surə, ikinci, üçüncü və ya dördüncü rükudan əvvəl tamamlanır. Surə tamamlandıqdan sonra növ-bəti qiyamda Həmd surəsi yenidən oxunulur və yeni bir surə, oxunma-ğa baŞlanır, belə ki, beŞinci rükudan əvvəl bu surə tamamlanmalıdır.

Mənbə: Fiqh Təlimi, Ayətullah Seyid Əli Xamenei

Rizvan.net İslam Maairifi Jurnalı

Tags: suallara cavab, Fiqh

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!