QURAN BAXIMDAN ELMİN ƏHƏMİYYƏTİ

:

Sual: Quran ayələrində elmin əhəmiyyəti necə bəyan olunur?
Cavab: Qurani-kərimin bir çox ayələrində elm və biliyin əhəmiyyətinə toxunulmuşdur. “Talaq” surəsində kainatın yaradılış hədəfinin elm və bilik olduğu deyilir:

1“اللَّهُ الَّذِی خَلَقَ سَبْعَ سَمَاوَاتٍ وَمِنَ الْاَرْضِ مِثْلَهُنَّ یَتَنَزَّلُ الْاَمْرُ بَیْنَهُنَّ لِتَعْلَمُوا اَنَّ اللَّهَ عَلَى کُلِّ شَیْءٍ قَدِیرٌ وَاَنَّ اللَّهَ قَدْ اَحَاطَ بِکُلِّ شَیْءٍ عِلْمًا”
“Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. (Allahın) əmri (və tədbiri) onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz”.
Ayə aydın şəkildə çatdırır ki, kainatın yaradılış hədəflərindən biri Allahın elm, qüdrət, zat və sifəti haqda insanları xəbərdar etməkdir. Bu isə, biliyin geniş miqyasda mümkünlüyünü açıq-aydın bəyan edir.
Bir hədisdə İmam Hüseyn ibn Əli (ə) öz səhabələrinə buyurur:
“اَيُّها الناسُ اِنَّ اللهَ جَلٌ ذكرُه ما خلق الْعِبادَ اِلاّ لِيَعْرِفُوهُ، فَاذِا عَرَفُوهُ عَبَدوُهُ، فاذا عَبَدُوُه اِسْتَغْنَوْا بِعبادَتِهِ عَنْ عِبادَةِ ماسِواهُ”
“Ey camaat! Allah-taala bəndələrini yalnız bundan ötrü yaratdı ki, onu tanısınlar. Onu tanıdıqları andan etibarən Ona ibadət edəcəklər. Ona ibadət etdikləri andan etibarən isə Ondan başqasına bəndəliyə möhtac olmayacaqlar”.2
Həmçinin, “Bəqərə” surəsində peyğəmbərlərinin seçiliş hədəfinin təlim-tərbiyə olduğu buyurulur. Qurani-kərim Allahın Rəsulu (s) barəsində bu mövzunu təkrar-təkrar xatırlatmışdır. O cümlədən “Bəqərə” surəsində buyurur:
3“کَمَا اَرْسَلْنَا فِیکُمْ رَسُولا مِنْکُمْ یَتْلُوا عَلَیْکُمْ آیَاتِنَا وَیُزَکِّیکُمْ وَیُعَلِّمُکُمْ الْکِتَابَ وَالْحِکْمَهَ وَیُعَلِّمُکُمْ مَا لَمْ تَکُونُوا تَعْلَمُونَ”
“Həmçinin (hidayətiniz üçün) öz içərinizdən ayələrimizi sizə oxuyan, sizi (günahlardan) təmizləyən, Kitabı və hikməti sizə öyrədən, habelə bilmədiklərinizi də sizə öyrədən bir elçi göndərdik”.
Eyni məna “Bəqərə” surəsinin 129, “Ali-İmran” surəsinin 164, “Cumə” surəsinin 2-ci ayələrində də gəlmişdir.
Əgər mərifət, elmə yiyələnmək imkansız olsaydı, onda necə Allah Rəsulunun (s) seçilməsinin mühüm hədəflərindən biri olardı?
Əmirəl-möminin Əli (ə) buyurur:
“كَفى بِالْعِلْمِ شَرَفاً اَنْ يَدَعيه مَنْ لايُحْسِنُهُ وَ يَفرَحُ اِذا نُسِب اِلَيْهِ وَ كَفَى بِالْجَهْلِ ذماً يبرأ منه من هو فيه”
“Elmin şərafəti üçün bu yetərlidir ki, elmdən xəbəri olmayan kəslər onun iddasındadırlar. Onlara nisbət verildiyi zaman sevinirlər. Cəhlin məzəmməti üçün bu yetər ki, ona sahib olanlar belə ondan bezardırlar”.4
Bundan əlavə, Qurani-kərimin bəzi ayələrində Quranın nazilolma səbəbi kimi təfəkkür və ibrət götürmək göstərilir.
5“کِتَابٌ اَنزَلْنَاهُ اِلَیْکَ مُبَارَکٌ لِیَدَّبَّرُوا آیَاتِهِ وَلِیَتَذَکَّرَ اُوْلُوا الاْلْبَابِ”
“(Bu) mübarək Kitabı, (insanların) onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik”.
6“اَفَلاَ یَتَدَبَّرُونَ الْقُرْآنَ اَمْ عَلَى قُلُوب اَقْفَالُهَا”
“Məgər onlar Quran haqqında düşünmürlərmi? Yoxsa qəlbləri qıfıllıdır?”.
“لیدبروا” cümləsi “دبر” sözündın alınmışdır və “hər şeyin arxası” mənasındadır. Sonradan hər işin aqibəti barədə düşünmək kimi işlənib. Ona görə ki, düşüncə vasitəsilə hadisələrin aqibəti, nəticəsi, sonu məlum olur.
İlk ayədə Quranın nazilolma hədəfinin təfəkkür, düşüncə olduğu bildirilmişdir ki, insanlar ayələri təkcə müqəddəs kəlmələr ünvanında oxumaqla kifayətlənib, son məqsədi yaddan çıxarmasınlar.
İkinci ayədə düşüncəni tərk etməyi qəlblərə qıfıl vurulmasına və araşdırma hissinin qüvvədən düşməsinə sübut göstərir. Hər halda bu ayələr düşüncəyə ümumi dəvətdir. Hansı ki elm, mərifət, tanımaq imkanını insanlara asan edir.
İmam Musa ibn Cəfər (ə) Hişam ibn Həkəmə buyurur:
“... مَا بَعَثَ اللَّهُ أَنْبِيَاءَهُ وَ رُسُلَهُ إِلَى عِبَادِهِ إِلَّا لِيَعْقِلُوا عَنِ اللَّهِ فَأَحْسَنُهُمُ اسْتِجَابَةً أَحْسَنُهُمْ مَعْرِفَةً ...”
“Allah peyğəmbər və elçilərini bəndələrinə tərəf göndərdi ki, Allahı tanıtdırsınlar. Bilgisi, mərifəti çox olan onların dəvətini ən yaxşı qəbul edəndir”.7
Hətta “İsra” surəsində elm və mərifət Allah Rəsulunun (s) meracının hədəfi olaraq bildirilir:
8“سُبْحَانَ الَّذِى اَسْرَى بِعَبْدِهِ لَیْلا مِّنَ الْمَسْجِدِ الْحَرَامِ اِلَى الْمَسْجِدِ الاْقْصَا الَّذِی بَارَکْنَا حَوْلَهُ لِنُرِیَهُ مِنْ آیَاتِنَا اِنَّه هُوَ السَّمِیعُ الْبَصِیرُ”
“Nişanə və dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz bəndəsini gecə vaxtı Məscidul-Haramdan ətrafına xeyir-bərəkət verdiyimiz Məscidul-Əqsaya – belə ki, bu səfəri bərəkətli etdik – aparan (Allah) pak və müqəddəsdir. Həqiqətən, O, eşidəndir, görəndir”.
Həmin məna Peyğəmbərin (s) meracından söz açan “Nəcm” surəsində başqa bir ibarə ilə gəlib:
“لَقَدْ رَاَى مِنْ آیَاتِ رَبِّهِ الْکُبْرَى” (9)
“O, (həmin səmavi səfərdə) öz Rəbbinin ən böyük dəlillərindən (bəzisini) gördü”.
Qeyd edilən ayələr ən azından Peyğəmbər (s) meracının mühüm hədəflərindən biri kimi Haqqın böyük nişanələrinin müşahidəsini göstərir. Elə bir müşahidə ki, əhəmiyyətli elm və bilik qaynaqlarından biridir 10, 11.


İstifadə olunmuş ədəbiyyat:
Hazırladı: Seyid Azər Əhmədoğlu
makarim.ir

 

Tags: suallara cavab, Məqalələr, Müxtəlif dini mövzular

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!