ORUC TUTMAYAN ŞƏXSƏ YEMƏK VERMƏYİN HÖKMÜ

:

Əgər  oruc tutmayan şəxsin şəri üzürü varsa və ya oruc tutmaq vacib deyilsə (məsələn, xəstəlik üzündən oruc tuta bilmir) bu əməlin iradı yoxdur. Əgər qüdrəti olan halda, qəsdən oruc tutmursa və heç bir üzrü yoxdursa, bu iş günahdır və imkan həddində o şəxsi orucu tərk etdiyinə görə nəhy əz münkər etməlidir.

Əlavələr:
Müctəhidlərin bu suala cavabları:

Həzrət ayətullah-üzma Xamneyi (Allah hifz etsin)

Əgər oruc tutmaq o şəxsə vacibdirsə və üzrü olmadan orucu tərk edibsə, ona belə xidmət göstərmək  düzgün deyil.

Həzrət ayətullah-üzma Məkarim Şirazi (Allah hifz etsin)

Ümumiyyətlə, əgər tərəfin şəri cəhətdən üzrü olarsa iradı yoxdur amma üzürsüz orucu tərk edərsə, əvvəlcə onu xoş dillə bu işdən çəkindirməli və ona yemək və içməli şeylər hazırlamağı tərk etmək lazımdır.

Həzrət ayətullah-üzma Nuri Həmədani (Allah hifz etsin)

Əgər  o şəxsin şəri cəhətdən orucun tərk olunmasında üzrü varsa, ona xidmət etməyin iradı yoxdur.

Mərcə təqlidləri ayətullar üzma Xamneyi, Məkarim Şirazi və Nuri Həmədanidən şəri sualları İslam Quest saytının əməkdaşları soruşublar.

Tags: suallara cavab, Fiqh, Ailə və Cəmiyyət, Şübhələrə cavab

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!