İSLAMDA ELM VƏ ALİMİN DƏYƏRİ

:

Peyğəmbər (s) və Mə’sum imamlar (ə) tərəfindən nəql olunmuş rəvayətlərin bir qismində elmin ibadətdən, alimlərinсə abidlərdən üstün olduqları buyurulur.

1. Peyğəmbər (s) buyurur: «Elm ibadətdən daha üstündür».1
2. «Elm məqsədilə el-obasını tərk edən və əldə etdiyi həmin elmlə batili haqq, zəlaləti hidayət ilə əvəz edən şəxsin gördüyü iş abidin qırx illik ibadətinə bərabərdir».2
3. «Elm və agahlıq ilə yatmaq, cəhl və nadanlıqla namaz qılmaqdan daha yaxşıdır».3
4. «Allah-taala elmə yiyələnməyi namaz, oruc, həcc və Onun yolunda cihad etməkdən daha üstün tutur».4
5. «Gecənin qaranlığında ay öz nuru ilə ulduzlardan işıqlı olduğu kimi, alim də öz elmi ilə başqalarından çox fərqlənir».5
6. «Allahı tanıyan şəxsin bir rük’ət namazı nadan insanın min rük’ət namazından daha üstündür».6
7. Əli (ə) buyurur: «Bir şəxsin həkimanə söz eşidib ona əməl etməsi və ya başqalarına danışması bir illik ibadətdən daha yaxşıdır».7
8. Imam Baqir (ə) buyurur: «Bir saat elm ilə məşğul olmaq, gecəni sübhədək ibadətlə keçirməkdən daha yaxşıdır».8
9. «Öz elmindən bəhrələnən alim yetmiş min abiddən daha üstündür».9

MƏ’SUM İMAMLARIN(Ə) ELMƏ YİYƏLƏNMƏYƏ DАİR MÜNASİBƏTLƏRİ

Görəsən Əhli-beyt (ə) bütün alim və elmə meyl göstərən şəxslər barəsində eyni fikirdədirmi? Həmçinin onların hamısını böyük bir fəzilət və tə’rifə layiq bilmişlərmi? Başqa sözlə desək, elmin hər hansı sahəsində olursa olsun, təhsil alan bütün tələbələr və ya şəxslər rəvayətlərdə qeyd olunan fəzilətlərə yiyələnə bilərlərmi?
Cavabında deyirik:
Elmin bütün sahələri olduqca zəruri və vacib məsələlərdəndir. Lakin elmin bütün sahələrinə yiyələnmək hər bir müsəlmanın üzərinə düşən ən ümdə vəzifələrdən olsa da, alimlərin fəziləti haqda nəql olunmuş rəvayətlərdə yalnız din alimləri nəzərdə tutulur.
Bu haqda nəql olunmuş rəvayətlərə diqqət yetirin:
1. «Alimlərin ölümü islam dininə elə bir xəsarət vurur ki, aylar-illər ötüb keçməsinə baxmayaraq, onların yeri həmişə boş görünür».10
2. «And olsun Allaha! Bir alimə [elmə] dözmək iblis üçün min abidə [ibadətinə] dözməkdən daha ağırdır. Çünki abidlər yalnız özlərini, alimlər isə başqalarını düşünərlər».11
3. Nəql olunmuş rəvayətlərdən birində deyilir: Bir gün Peyğəmbər (s) məscidə daxil olub аdамlаrın bir nəfərin ətrafına toplaşdığını görür. Peyğəmbər (s) onun kim olduğunu soruşduqda: Əllamədir - deyərək cavab verirlər. Soruşdu: «Hansı elmlərə yiyələnib?» Deyirlər: «Cahiliyyət dövründə yazılmış şe’r və baş vermiş əhvalatları, habelə ərəb qəbilələrinin ulu əcdadları haqda dərin mə’lumatlara malikdir». Buyurur: «Onun bildikləri nə kimsəyə xeyir verir, nə də ki, onun bilmədikləri kimsəyə zərər vurмur. Elm üç şeydən ibarətdir: Əqidə əsasları, əxlaq və şəriət».12
4. İmam Cə’fər Sadiq (ə) buyurur: «Həqiqətən, də alimlər peyğəmbərlərin varisləridir. Peyğəmbərlər özlərindən sonra irs olaraq dirhəm və dinar qoymamışlar. Onların miras qoyduqları şeylər hikmətamiz hədislərdir. Bu hədislərdən birini öyrənən şəxs böyük mənfəət əldə etmiş olur. Bunun üçün də kimlərdən təhsil aldığınıza diqqət yetirin. Çünki hər bir zəмаnədə biz Əhli-beytin (ə) adil alimləri olur ki, оnlаr hədislərimizi təhrif edən və tam fərqli olaraq mə’nalandıran nadan və cahillərlə mübarizə edərlər».13
Peyğəmbər (s) və Əhli-beyt (ə) elm və alimə böyük qiymət verərək, elm öyrənməyin hər bir müsəlmana vacib olduğunu tə’kid etmiş və onları bu işə sövq etmişlər. İslam dini elmi ibadətdən və alimi abiddən daha fəzilətli hesab edir, bütün elmlərlə yanaşı din elminə xüsusi diqqət yetirir.

Kitabın adı: İSLAMDA ƏDƏB QAYDALARI (İkinci cild)
Hazırladı: Rəsul Mahmudov


1. Kənzül-ümmal, xəbər, 2857.
2. Kənzül-ümmal, xəbər, 28835.
3. Yеnə оrаdа
4. Yеnə оrаdа
5. Biharül-ənvar, 1-ci cild, еlm kitabı.
6. Kənzül-ümmal, xəbər, 28786.
7. Nəhcül-bəlağə.
8. Biharül-ənvar, 1-ci cild, еlm kitabı.
9. Biharül-ənvar, 2-ci cild, еlm kitabı.
10. Kənzül-ümmal, xəbər, 28761.
11. Yеnə оrаdа
12. Üsuli-kafi, 1-ci cild, еlmin fəziləti.
13. Yеnə оrаdа

Tags: MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!