ÖZÜNÜ TANIMA VƏ ONUN MÜSBƏT TƏSİRLƏRİ

:

Özünütanıma və onun insan həyatında müsbət təsirləri
Cavab: Allah Rəsulu (s) və məsum imamlar (ə) tərəfindən İslam hədislərində özünüdərkin bir çox müsbət təsirlərinə işarə edilib, hansı ki bizi əlavə izahdan ehtiyacsız edir. Həmin hədislərdən bir neçəsini nəzərinizə çatdırırıq:

1- Əmirəl-möminin Əli (ə) buyurur:

1“نالَ الْفَوْزَ الاْکْبَرِ مَنْ ظَفَرَ بِمَعْرِفَهِ النَّفْسِ”

“Özünü dərk edən şəxs böyük səadət və hidayətə nail olmuşdur”.

2- Bu hədisin əksi olaraq, belə buyurur:

2“مَنْ لَمْ یَعْرِفْ نَفْسَهُ بَعُدَ عَنْ سَبیلِ النَّجاهِ وَخَبِطَ فِى الضَّلالِ وَ الْجَهالاتِ”

“Özünü tanımayan qurtuluşdan uzaqlaşar, əvəzində azğınlığa, cəhalətə düşər.”
3- İmam Əli (ə) başqa yerdə buyurur:

3“اَلْعارِفُ مَنْ عَرِفَ نَفْسَهُ فَاَعْتَقَها وَ نَزَّهَها عَنْ کُلِّ ما یُبَعِّدُها”

“Həqiqi arif o kəsdir ki, özünü tanısın və (əsarət bağlarından) azad etsin, onu səadətdən uzaqlaşdıran amilllərdən təmizləsin.”
Bu ibarədən başa düşülür ki, nəfsi tanımaq (özünüdərk) əsarətin bağlarından qurtuluş, eləcə də xoşagəlməz keyfiyyətlərdən təmizlik səbəbidir.
4- Yenə həmin ali rəhbərin digər bir hədisində oxuyuruq:

4“اَکْثَرُ النّاسِ مَعْرِفَهً لِنَفْسِهِ اَخْوَفُهُمْ لِرَبِّهِ”

“Özünü hamıdan çox tanıyan kəs, Yaradanından hamıdan çox qorxacaq.”
Bu hədisdən də özünüdərk nəticəsində nəfsi saflaşdırmanın mənşəyi olan məsuliyyət hissi ilə Allah xofu arasındakı yaxın əlaqənin olması başa düşülür.
5- Həzrət Əlinin (ə) başqa bir hədisində qeyd edilir:

5“مَنْ عَرَفَ نَفْسَهُ جاهَدَها؛ وَ مَنْ جَهِلَ نَفْسَهُ اَهْمَلَها”

“Hər kim özünü dərk etsə, nəfsi ilə mübarizə aparar, nəfsinə cahil olub onu tanımayansa, onu azad buraxar”.
Bu hədisə əsasən, hədislərin birbaşa “böyük cihad” adlandırdığı nəfslə cihadın həqiqəti özünüdərk və tanımaqdır.
6- “Nəhcül-bəlağə”nin hikmətlər bölməsində İmam Əlinin (ə) belə bir kəlamı var:

6“مَنْ کَرُمَتْ عَلَیْهِ نَفْسُهُ هانَتْ عَلَیْهِ شَهَواتُهُ”

“Hər kim (özünüdərk sayəsində) özünə şəxsiyyət verirsə, şəhvətləri (ehtirasları) gözündə xar və dəyərsiz olacaq (və nəfsi istəklərinə asanlıqla yenik düşməyəcək)”.

7- Qeyd edildiyi kimi özünüdərk nəfsi saflaşdırmanın, əxlaqi səciyyələri və digər keyfiyyətləri təkmilləşdirmənin önəmli strukturudur. Özünü dərk etməmək hər şeydən küskünlüyə, habelə Allahdan uzaqlığa səbəb olur.
Bu səbəbdən İmam Hadi (ə) buyurur:

7“مَنْ هانَتْ عَلَیْهِ نَفْسُهُ فَلا تَاْمَن شَرَّهُ”

“Öz qədir-qiymətini bilməyənin şərindən amanda deyilsən”.
Burada qeyd edilənlərin məzmunundan belə başa düşmək olar ki, əxlaqi səciyyələrin inkişafında və mənəvi təkamüldə əsas amillərdən biri özünüdərk və nəfsi tanımadır. İnsan bu çətin sınağı geridə qoymadıqca, mənəvi məqamların heç birinə nail olmayacaq. Bu əsasla, böyük əxlaq alimləri özünüdərkin vacibliyinə çoxlu israr və təkid edir və bu həyati işdən qafil olmamağa çağırırlar.8

Hazırladı: Seyid Azər Əhmədoğlu
makarim.ir


“Ğurərul-hikəm və durərul-kəlim”, Təmimi Amidi, Əbdülvahid ibn Məhəmməd, səh. 720, hədis 16.
Yenə orada, səh. 656, hədis 1380.
Yenə orada, səh. 96, hədis 1813; “əl-Mizan fi təfsiril-Quran”, Təbatəbai, Seyid Məhəmməd Hüseyn, c. 6, səh. 173, “Hədis bəhsi”.
“Ğurərul-hikəm və durərul-kəlim”, Təmimi Amidi, Əbdülvahid ibn Məhəmməd, (səh. 201, hədis 304.
“əl-Mizan fi təfsiril-Quran”, Təbatəbai, Seyid Məhəmməd Hüseyn, c.6, səh. 174, “Hədis bəhsi”.
“Nəhcül-bəlağə” ŞərifRəzi, Məhəmməd ibn Hüseyn, səh. 555, qısa kəlamlar, hikmət 449 (458).
“Tuhəful-uqul” İbn Şöbə Hərrani, Həsən ibn Əli, səh. 483, “İmam Hadinin (ə) qısa kəlamları.”
Ayətullah Məkarim Şirazinin “Quranda əxlaq” kitabından çıxarış edilmişdir, c. 1, səh. 325.

Tags: Məqalələr, Ailə və Cəmiyyət

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!